Almaniya polisi Dortmundda terror aktının təşkilatçısını saxlayıb
Tarix: 21.04.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Dünən GSG-9 xüsusi polis bölməsinin əməkdaşları Fröydenştadtda (Tyubinqen şəhərinin yaxınlığında) bir nəfər şübhəli şəxsi saxlayıblar. Məlum olub ki, Dortmundun “Borussiya” klubunun futbolçularını daşıyan avtobusu partlatmağa cəhd göstərməsi ehtimal edilən Sergey V. adlı bu şəxs həm Almaniya, həm də Rusiya vətəndaşlığı olan 28 yaşlı köçkün almandır. Rottenburq-Nekkar şəhərciyindəki yaşayış məhəlləsi mühasirəyə alınıb, evlərin birində axtarış aparılıb. Almaniya KİV-lərində yayılmış məlumata görə, saxlanılmış şəxsin iki cinayət yoldaşı axtarılır. Ehtimala görə, onlar partladıcı qurğuları Dortmunda kirayə götürdükləri maşında gətiriblər. Bu cümə günü saxlanılmış Sergey V. nə futbol fanatıdır, nə ekstremist, nə də terrorçu. İstintaqın əldə etdiyi məlumata görə, Sergey V.-ni bu hərəkətə sövq edən yalnız tamahkar məqsədlər olub. Çox güman ki, o, “Borussiya” komandasının avtobusunda gedən futbolçuları partlatmaqla “Borussiya” səhmlərinin məzənnəsinin kəskin düşəcəyinə ümid edirmiş. Sergey V. fond bazarında qiymətli kağızların məzənnəsinin düşməsi hesabına iri məbləğ qazanmaq niyyətində olub. Almaniya KİV-ləri bildirirlər ki, Sergey V. istehlak krediti götürərək bu il aprelin 11-də 78 min avro müqabilində 15 min opsion sertifikat alıb. 2017-ci il iyunun 17-dək qüvvədə olan bu sertifikatları təqdim etməklə o qiymətli kağızlar alıb satmaqla məşğul olmağı planlaşdırırmış. Sergey V.-nin birja spekulyasiyası ona götürdüyü kreditin məbləğindən bir neçə qat artıq uduş vəd edirdi. Xatırladaq ki, aprelin 11-də Dortmundda Çempionlar Liqasının dörddəbir final matçında meydan sahibləri Fransanın “Monako” komandası ilə görüşməli idilər. Matçın başlanmasına bir saat qalmış içərisində “Borussiya”nın futbolçuları olan avtobusun yanında üç partlayış baş verib. Almaniya komandasını daşıyan avtobus saat 19:15-də “L’Arrivee” mehmanxanasından 10 kilometr məsafədə yerləşən stadiona getməli idi. Avtobus parklanma yerindən çıxıb baş küçəyə dönəndən dərhal sonra yol kənarındakı kolluqda eyni vaxtda üç partladıcı qurğu işə düşüb, nəticədə maşının arxa pəncərəsinin şüşələri çilik-çilik olub. Xoş bir təsadüf üzündən , bu hadisə zamanı ölən olmayıb. Yalnız bir futbolçu – ispaniyalı müdafiəçi Mark Bartra və avtobusu motosikletlə müşayiət edən polis işçisi yaralanıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info