Qəzzafinin oğlu Liviyada hakimiyyət uğrunda mübarizəyə qoşulub
Tarix: 21.04.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Liviya tayfalarının Yüksək Şurası qarşısında çıxış edən Saif Qəzzafi müvəqqəti hökumətin başçısı kimi tanınıb
Liviyada yeni siyasi vəziyyət yarana bilər. Qəzzafinin oğlu Saif al-İslam Qəzzafi böyük siyasətə qayıdıb. Belə görünür ki, hansısa qüvvələr Qəzzafini hakimiyyət mübarizəsinə qoşub.
Beynəlxalq İnqilab Komitəsinin Avropa üzrə koordinatoru Frank Puçarrelli "Pravda.Ru" saytına müsahibəsində bildirib ki, Muammar Qəzzafinin oğlu və mənəvi varisi Saif al-İslam Qəzzafi artıq əsirlikdən azad edilib və Liviya tayfalarının Yüksək Şurası qarşısında çıxış edib. Xatırladaq ki, hələ ki, gizli fəaliyyət göstərən və böyük ehtimalla Liviyada hakimiyyətə gələcəyi gözlənilən bu təşkilat Saif al-İslam Qəzzafini müvəqqəti hökumət başçısı kimi tanıyıb. Təşkilat hakimiyyətə gələcəyi təqdirdə ilk olaraq Liviyada dünya oliqarxlarının göstərişi ilə hərəkət edən işğalçı qüvvələri ölkədən kənarlaşdıracağını bildirib. Xatırladaq ki, Beynəlxalq İnqilab Komitəsi 1967-ci ildə Muammar Qəzzafi tərəfindən yaradılıb. Əsas vəzifəsi “yaşıl inqilabların” icrası olan komitənin fəaliyyəti Camahiriyyənin liderini hakimiyyətə gətirməsi ilə yekunlaşdı. Frank Puçarrellinin sözlərinə görə, artıq fəaliyyətini bərpa edən komitə Liviyada qanuni hakimiyyəti yenidən özünə qaytarmaq üçün üsyan hazırlığındadır. O qeyd edib ki, Camahiriyyənin qayıdışı qaçılmazdır: “Yüksək şurada müvəqqəti hökumətə keçid qərarının qəbulu da vacib qərarlardandır. Bütün bunlara rəğmən, biz Liviyada xalq hakimiyyətinin leqallaşması üçün xalqın üsyanının başlamasını gözləyirik. Ölkə əhalisinin 80 faizindən çoxu Qəzzafinin mənəvi irsinə sadiqdir”. Frank Puçarrelli müsahibəsində qeyd edib ki, Saif al-İslam Qəzzafi 2011-ci il silahlı qruplaşmalar tərəfindən əsir götürülüb: “Artıq azadlığa çıxan Qəzzafiyə bəzi silahlı qruplaşma rəhbərləri ölkədə baş verəcək üsyana rəhbərlik etməyi təklif ediblər. Onların əksəriyyəti etiraf edir ki, əhalinin 2/ 3 hissəsi Saif əl-İslam Qəzzafini dəstəkləyir və onun hakimiyyətə qayıdacağı təqdirdə Liviyada sülh bərpa oluna bilər. Onlar əmindirlər ki, Saif əl-İslam Qəzzafi ölkədə qanuni səlahiyyət əldə edərsə, NATO-nun maliyyə dəstəyi hesabına Şimali Afrikanı müstəmləkəyə çevirən terrorçuların öhdəsindən gəlmək olar. Bu gün Liviyanın başlıca problemlərindən biri odur ki, ölkədə 1200-dən artıq terrorçu qruplaşma fəaliyyət göstərir”. Frank Puçarrellinin fikrincə, 2011-ci ildən başlayaraq Üçüncü Dünya müharibəsinə start verilib: “Dünya müharibəsi “ərəb inqilabı” kimi təqdim edilən inqilablarla başlayıb. Bu inqilabların adı, əslində, “Amerika inqilabı” olmalıdır. Liviya üçün bu müharibə altı il əvvəl başlayıb. Bu müharibənin xüsusiyyətlərindən başlıcası budur ki, Qərb hökumətləri vasitəsilə fəaliyyət göstərən dünya oliqraxiyası fəal surətdə terrorçulardan istifadə edirlər. Hazırda Suriyada hazırlanan terrorçuları Liviya da daxil olmaqla, dünyanın bütün ölkələrinə göndərirlər. Təbii ki, Avropa ölkələri də bu siyahıdadır. Terrorçular Sicilyadan keçirlər ki Avropaya daxil olsunlar. Mən əminəm ki, onlar tezliklə aktiv şəkildə Avropa ölkələrində sabitliyi pozmağa çalışacaqlar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info