“Ağır dərs proqramı uşaqları şikəst edir”
Tarix: 21.04.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Belarus dövlət başçısı dərs prosesini tənqid edib:
“Məktəblərdə olan ağır dərs proqramları və çox yüklənmə uşaqların sağlamlığına ziyan vurur. Bunun nəticəsidir ki, uşaqlar artıq 15 yaşında qozbel olurlar və orduya aparmağa çağırışçı tapmaq olmur”

Belarus dövlət başçısı Aleksandr Lukaşenko ölkə parlamentində çıxışı zamın bir sıra maraqlı məqamları toxunub. Lukaşenko çıxışı zamanı deyib ki, Belarus yeni dünya düzəni qaydalarının yaradılması istiqamətində dialoqa ev sahibliyi edə bilər:
“Bu gün dünyada baş verən hadisələr bir daha göstərir ki, Qərblə Şərq arasında Helsinki prosesini analoqu olacaq, yeni dialoqun keçirilməsi ilə bağlı Belarusun təşəbbüsü nə qədər aktualdır. Bu gün dünyada bloklararası qarşıdurmanın yarandığını görürük. Hamımız dünyanın necə dəyişməsinin şahidi oluruq. Amma bu dəyişiklik sabitlik və təhlükəsizlik istiqamətində deyil. Planetimizdə təhlükəli proseslər gedir. Məlum çağırışlar və təhdidlər dərinləşməkdə, yeniləri yaranmaqdadır. Təəssüf ki, yeni dünya düzəninin yaradılması qaynar nöqtələrdə olduğu qədər dəyirmi masa ətrafında olmur”. Lukaşenko hesab edir ki, dünya oyunçularının kompromisə hazır olmamaları, balansın pozulması, dövlətlərin güc nümayişi təhlükəli tendensiyalardır. Belarus dövlət başçısı Avropanı tənqiddən, ikili standartdan əl çəkərək əməkdaşlığa dəvət edib: “Gəlin hamımız Avropada vəziyyətin stabilləşməsi üçün çalışaq. Bu gün Avropa qitəsi yanır, daha bəsdir, bunları dayandırmaq lazımdır. Əgər Belarus nə isə edə bilərsə, bunu bizdən alın. Daha arxadan iş görmək nəyə lazım?”. Lukaşenko çıxışı zamanı Rusiya ilə münasibətlərə də toxunub. Onun sözlərinə görə, iki ölkə arasında olan qarşılıqlı anlaşma, etimad, dövlət başçılarının münasibəti bütün həssas məsələləri kompromis yolu ilə həll etməyə imkan verir.

“Biz uşaqlara zülm edirik. Nəyə görə uşaqlarımız 15-17 yaşında qozbel, skolioz, skleroz olurlar? Uşaqlar səhər 7-nin yarısında oyanırlar və bütün halda axşam saat 11-də, 12-nin yarısından tez yatmırlar. Ona görə də uşaqlar xəstələnir, həftənin yükünə dözə bilmirlər”

Belarusa Rusiya neft və qazının çatdırılması ilə bağlı son razılığa toxunan Lukaşenko deyib: “Son görüşümüzdə də belə oldu. Biz həssas məsələlərlə bağlı Belarus və Rusiya xalqlarının marağına uyğun həll yolu tapdıq. Amma bu o demək deyil ki, bizim aramızda daha problem yoxdur. Biz vaxtı çatmış problemi həll etdik. Rusiyada da , Belarusda da çoxlu çətinliklər var. Amma dövlət işçilərinin vəzifəsi odur ki, problemlər yığılıb qalmasın, həll edilsin”. Qeyd edək ki, Belarus dövlət başçısı çıxışı zamanı bir çox məsələlər toxunub. Onun məktəb təhsili ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir. Lukaşkeno parlament tribunasından bildirib ki, məktəblərdə olan ağır dərs proqramları və çox yüklənmə uşaqların sağlamlığına ziyan vurur: “Bunun nəticəsidir ki, uşaqlar artıq 15 yaşında qozbel olurlar və orduya aparmağa çağırışçı tapmaq olmur. Mənim dərs proqramlarının sadələşməsi, həyata daha yaxın edilməsi, dərs vəsaitlərinin keyfiyyətinin artırılması, məktəblilərin əlavə tapşırıqlarla yüklənməməsi ilə bağlı tapşırıqlarım tam şəkildə bu günə qədər yerinə yetirilməyib”. Lukaşekno bildirib ki, tədris prosesinin təkmilləşməsi ilə bağlı proqram olsa da, bu, çox uzun zaman diliminə yayılıb və onu iki dəfə azaltmaq lazımdır. Dövlət başçısı Təhsil Nazirliyinə bu məsələnin həlli ilə bağlı tapşırıq verib. Lukaşkeno diqqəti ağır dərs prosesi və əlavə yükləmələrin şagirdlərin sağlamlığını ziyan vurmasına yönəldib: “Biz uşaqları zülm edirik. Orduya çağırmağa heç kimi tapmırıq. Uşaqlar nəyə çevrilib? Nəyə görə uşaqlarımız 15-17 yaşında qozbel, skolioz, skleroz olurlar?. Biz onları məhv edirik. Onların artıq çəkiləri olur, idman, musiqi, təsviri sənətlə məşğul olmağa vaxtları olmur. Dünən 7 dərs olub. Uşaqlar səhər 7-nin yarısında oyanırlar və bütün halda axşam saat 11-də, 12-inin yarısından tez yatmırlar… Biabırçılıqdır…Ona görə də uşaqlar xəstələnirlər. Uşaqlar həftənin yükünə dözə bilmirlər”. Lukaşenko deyib ki, uşaqların sağlamlığında yaranan vəziyyət ordu üçün də problem yaradır: “Müdafiə nazirindən soruşa bilərsiniz. Çağırılmış gənclərlə bağlı yoxlama aparırıq və yarısı ilə nə etmək lazım olduğunu bilmirik. Xüsusi təyinatlılara əsgər götürmək böyük problemdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info