İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
Tarix: 21.04.2017 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Sübhan Salamzadə:
“Səhiyyə sahəsinə bir çox yeniliklər gətirmək və bu sahədə böyük uğurlar qazanmaq istərdim”

Xaricdə təhsil alan gənclərimiz öz bilik və bacarıqlarını Azərbaycanda tətbiq etməklə bir çox sahələrə yenilik gətirə bilərlər. Bu baxımdan, xaricdə təhsil alan gənclərimizə böyük ümid bəslənilir. Elə müsahibimiz Sübhan Salamzadə də belə perspektivli gənclərimizdəndir. O, hazırda Macarıstanın Debrecen Universitetində Pubic Health (İctimai Səhiyyə) üzrə bakalavr təhsili alır. Qeyd edək ki, Sübhan Salamzadə Azərbaycandan bu sahədə bakalavr üzrə ilk və hal-hazırda yeganə təhsil alan tələbədir.

-Öncə sizi tanımaq istərdik.
-Mən 27 fevral 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə Bakı ş. Nəsimi rayon "Qərənfil" uşaq bağçasına getmişəm. 2005-2009-cu illərdə Bakı şəhər 211 nömrəli orta məktəbin ibtidai sinfində təhsil almışam. 2009-cu ildə Bakı Türk Dəyanət Vəqfi Liseyinə qəbul olmuşam. Bu təhsil illəri ərəfəsində məktəbin bütün tədris və ictimai işlərində fəal iştirak etmişəm. Belə ki, dəfələrlə "Xəmsə", "Nə? Harada? Nə vaxt?" bilik yarışmalarında məktəbdaxili və Bakı şəhər üzrə dəfələrlə iştirak etmişəm. 2014-cü ildə "Breyn rinq" bilik yarışmasında Azərbaycan Respublikası üzrə 1-ci yerə layiq görülmüşəm (komanda ilə). 2015-ci ildə Bakı 2015 Avropa Oyunlarında könüllü əməliyyat qrupunun üzvü olaraq iştirak edib "Təşəkkürnamə"yə layiq görülmüşəm. 2016-cı ildə TDV BTL-i əlaçı bitirmişəm. Orta təhsilimi bitirdikdən sonra Amerikanın University of Florida, University of New Hampshire və University of Massachusetts Lowell adlı universitetlərinin müxtəlif fakültələrinə (tibb və səhiyyə elmləri üzrə), Litvanın University of Vilnius Universitetinin Tibb fakültəsinə, Polşanın Poznan University of Medical Sciences Universitetin Tibb fakültəsinə, Çexiyada Praqa Dövlət Universitetinə və Macarıstanda Stipendium Hungaricum fondundan təqaüd qazanaraq University of Debrecenə qəbul oldum.
-Maraqlıdır, niyə məhz bu fakültəni seçdiniz?
- Hər zaman tibbi sahələrə marağım olub, lakin cərrah olmaq fikrim olmayıb. Müəyyən yaşa çatdıqdan sonra isə sosial əlaqələr, təşkilatçılıq, menecment və s. bu kimi sahələrdə uğurlu olduğumun fərqinə vardıqdan sonra bu sahəni seçməyi qərara aldım. İctimai səhiyyə sahəsi həm tibbi biliklərə yiyələnməyə, həm də hüquq və idarəetmə kimi sahələri öyrənib adıçəkilən sahədə tətbiq etməyə şərait yaradır. Məndən bir neçə dəfə soruşublar ki, nəyə görə tibb yox, məhz ictimai səhiyyə? Əvvəla, bu sahəni öz xarakterimə daha uyğun gördüm. İkinci növbədə isə bu barədə individual bir fikrim var, sadə çərçivədən baxsaq, tibb sahəsində, sadəcə, bir pasientə fərdi olaraq yardım edə bilərik, ictimai səhiyyə sahəsində isə ictimaiyyətə.
-İctimai səhiyyənin önəmi nədir?
- İctimai səhiyyə sahəsinin daxilində kifayət qədər çox sahə var, buna görə çox önəmli olduğunu vurğulaya bilərik. Səhiyyənin təşkili və idarə edilməsi, səhiyyə hüququ, səhiyyə siyasəti, kommunikasiya, tibbi biostatistika, tibbi sığortalanma, səhiyyə etikası, çevrə və cəmiyyət üzrə səhiyyə, global səhiyyə, epidemologiya və araşdırmalar, sosial və psixoloji/mental səhiyyə və s. bir çox sahələrin də İctimai səhiyyənin daxilindəki sahələr olduğunu nəzərə alsaq, cəmiyyət və cəmiyyətin həm fiziki sağlamlıq durumu, həm də sosial münasibətlərində çox böyük rol oynadığını deyə bilərik.
-Bu baxımdan, Azərbaycanda hansı işlərin görülməsinə ehtiyac var?

-Məncə, yuxarıda sadaladığım sahələrdə inkişaf olması üçün yeniliklər edilməli və müxtəlif aspektlərdən addımlar atılmalıdır. Məsələn, əcnəbi ölkələrdəki səhiyyə qurumları ilə güclü beynəlxalq və ictimai əlaqələr yaradılarsa, bu, Azərbaycanda səhiyyənin inkişafı üçün böyük bir addım olar. Bu qurumlara UN (United Nations) və WHO (World Health Organization) beynəlxalq təşkilatları misal göstərmək olar.
-Sizin təhsil aldığınız fakültənin fərqli səslənişi var. Azərbaycanda hər hansı universitetdə bu sahə tədris olunurmu?
-Səhv etmirəmsə, xeyr, Azərbaycanda bu sahə tədris olunmur.
-Dediniz ki, orta məktəbdə ictimai aktivlik göstəribsiz. Hazırda təhsil aldığınız universitetdə, bu baxımdan, fəallıq göstərirsinizmi?
- Burada ilk təhsil ilim olduğu üçün, hələ ki, ictimai işlərə başlamaqda bir az çətinlik çəkirəm. Amma ümidvaram ki, qarşıdan gələn il üçün alınar, çünki hal-hazırda bununla bağlı müəyyən planlar üzərində çalışıram və işləri gələcəkdə tətbiq edə biləcəyimə inanıram. Əsasən, intellektual oyunların təşkili və modern musiqi ilə bağlı bir birlik yaratmaq istərdim. Həmçinin Azərbaycanın milli mədəniyyətini azərbaycanlı tələbələrlə birlikdə burada təhsil alan əcnəbi tələbələrə müxtəlif tədbirlər keçirməklə tanıtmaq kimi planlarım da var.
-Məzun olandan sonra nə kimi planlarınız var?
- Magistr dərəcəsi də aldıqdan sonra səhiyyə sahəsinə bir çox yeniliklər gətirmək və bu sahədə böyük uğurlar qazanmaq istərdim. Düşünürəm ki, bu sahənin dünyanın hər yerində güclü inkişafı cəmiyyət üçün çox önəmlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info