Çimərlik turizmi ilə bağlı müvafiq standartlar hazırlanıb
Tarix: 22.04.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Digər turizm növləri kimi, çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük turizm potensialı var”

Ölkədə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam edir. Ötən il ölkəmizə gələn turistlərin sayı 11 faiz, bu ilin 3 ayında 25 faiz artıb. Həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır.
Qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu istiqamətdə görülən tədbirlərə toxunan ölkə başçısı bildirib ki, son illər ərzində ölkəmizdə altı beynəlxalq hava limanı yaradılıb: “Həm Bakıda, həm də bölgələrdə ən müasir hotellər yaradılıb. Əlbəttə ki, bizim təbii şəraitimiz, gözəl iqlim, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəx, tarixi abidələr, bunlar da rol oynayır. Hesab edirəm ki, turizmin inkişafı üçün həlledici rol oynayan bizim vizalarla bağlı siyasətimizdir. “ASAN viza”nın fəaliyyətə başlaması və vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi, əlbəttə ki, bu axını təmin edib. Biz ancaq turizmin inkişafının birinci mərhələsindəyik. Çünki hələ Azərbaycanı tanıma prosesi gedir. Biz turizmə də ixrac məhsulu kimi baxmalıyıq. Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq. Bölgələrdə müasir turizm infrastrukturu inkişaf etdirilməlidir. Bakıda və bizim əsas turizm mərkəzlərində yeni hotellərin yaradılması çox böyük əhəmiyyət daşıyır və bunun biznes üçün də çox böyük faydası olacaq”.
Qeyd edək ki, qarşıdan yay turizm mövsümü gəlir və ölkəmiz daha çox turistin olduğu bu mövsümə hazır olmalıdır. Bu mövsümün ən əsas turizm növlərindən biri çimərlik turizmidir. Xatırladaq ki, bu yaxınlarda ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Sərəncam Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə imzalanıb. Tədbirlər Planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühiti mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb.

“Bakıda 6 özəl, 6 ictimai çimərliyin yaradılması planlaşdırılır"

Bu istiqamətdə görülən tədbirlərdən biri kimi dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aidiyyəti qurumların nümayəndələri ilə çimərlik turizminin inkişafına dair görüş keçirib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələri iştirak ediblər.
Görüşdə Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizdə turizmin inkişafı üçün atılan addımlardan danışıb. Bildirib ki, digər turizm növləri kimi, çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük turizm potensialı var.
Nazir ölkədə bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb. Bu cür qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyini qeyd edib.
Əbülfəs Qarayev çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğu bildirib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib. Eyni zamanda vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.
Nazir ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirib.
Bu gün dünya ölkələri turist cəlbi məqsədilə ən yaxşı çimərlik uğrunda rəqabət aparırlar. Ümumilikdə isə dünyanın ən yaxşı 25 çimərliyi mövcuddur ki, onlar müxtəlif imkanları ilə turistləri cəlb edir. Bu istiqamətdə müvafiq tədbirləri həyata keçirməklə ölkəmizdə də turist cəlbinə nail ola bilərik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info