Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Avropa İttifaqının ekspertləri ilə görüşüblər
Tarix: 22.04.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Avropa İttifaqının beynəlxalq ekspertləri ilə görüşüblər. Peşə təhsili üzrə qanun layihəsi üzrə işçi qrupunun üzvlərinin, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq əlaqələr üzrə mütəxəssislərin, təhsil ekspertlərinin iştirak etdikləri tədbirdə Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli görülmüş işlərdən, qarşıda duran vəzifələdən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda keçirilən görüşdə akademik İ.Həbibbəyli son illərdə Azərbaycanda elm və təhsil sahələrinin inkişafından, dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulmuş prioritet istiqamətlərdən danışıb, bu gün ölkəmizdə peşə təhsilinə də xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Bu məqsədlə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətindən danışan akademik peşə təhsili üzrə qanun layihəsinin hazırlıq mərhələsində olduğunu, bu məqsədlə işçi qrupunun üzərinə düşən vəzifələrin xüsusi önəm daşıdığını bildirib. Akademik İ.Həbibbəyli qeyd olunan qanun layihəsinin hazırlanmasında müasir dünya və Avropa təcrübəsinin öyrənildiyini, eləcə də Şərq ölkələrinin mövcud modellərinin nəzərdən keçirildiyini və Azərbaycan reallıqlarının əsas kimi qəbul edildiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə peşə təhsilinə dövlət dəstəyindən və qarşıya qoyulmuş vəzifələrdən söz açıb. Avropa İttifaqının eksperti, Azərbaycanda peşə təhsilinə və təliminə Avropa İttifaqının dəstəyi layihəsinin qrup rəhbəri Herman Sonneveld çıxış edərək peşə təhsili üzrə Avropa modelindən danışıb, müasir dünya standartları haqqında məlumat verib. Sonra Avropa İttifaqının Hüquqi çərçivə üzrə baş eksperti Roger Hessel Avropa İttifaqi tərəfindən maliyyələşdirilən Azərbaycanda peşə təhsili və təliminə dəstək layihəsini təqdim edib. Dahi Nizami Gəncəvinin “Mahir bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan” məşhur misralarını xatırladan avropalı qonaq mükəmməl peşə təhsilinin hər bir ölkənin qarşısına duran prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Avropa peşə təhsilinə dərindən bələd olan, hüquqi məsələlər üzrə uzunmüddətli mütəxəssis Firdovsi Mütəllimov və tərcüməçi, layihə köməkçisi İlkin Cəlilov görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Müzakirələrdə Milli Məclisin deputatları, elm və təhsil komitəsi sədrinin müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, Asim Mollazadə, Ülviyyə Ağayeva və Rəşad Həsənov mövzu üzrə fikir və mülahizələrini bildiriblər. Milli Məclisin elm və təhsil komitəsində peşə təhsili üzrə işçi qrupun üzvləri, Peşə təhsili üzrə Dövlət Agentliyinin işəgötürənlərlə əlaqələr və peşəyönümü şöbəsinin müdiri Eldar Salahov, peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili, həmin şöbənin baş məsləhətçisi Məcid Bayramlı, təhsil standartları və təhsil proqramı üzrə baş məsləhətçi İlqar Nadirov, Azərbaycan Respublikası Təhsil İnstitutunun peşə-ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov ölkəmizdəki peşə məktəbləri, onların hazırkı durumu, müxtəlif səpkili statistik göstəriciləri barədə məlumat verib, qanun layihəsi üzrə təkliflərini səsləndiriblər. Görüşdə Azərbaycanda Peşə təhsili üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin hazırlanacaq qanun layihəsində əksini tapması zərurəti xüsusi vurğulanıb. Sonda akademik İ.Həbibbəyli yaxın günlərdə bir neçə aidiyyəti dövlət qurumlarının sahə mütəxəssislərini cəlb etməklə işçi qrupu tərəfindən təhlillər aparılacağını və eləcə də ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yaxından iştirakını təmin etməklə mövcud əlaqələrin daha da genişləndiriləcəyini, peşə təhsili üzrə birgə fikir mübadiləsi və diskussiyalar aparılacağını diqqətə çatdırıb. Avropalı ekspertlərlə keçirilən görüşü və dialoqu yüksək dəyərləndirən komitə sədri belə səmərəli müzakirələrin bundan sonrakı mərhələlərdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info