“Youthvision 2017“ müsabiqəsinin qalibləri bəlli olub
Tarix: 24.04.2017 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Youthvision 2017” Beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “Elektra Events Hall”da baş tutan konsertdə ümumilikdə 19 ölkə təmsilçisi iştirak edib.
Gecədə Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək beynəlxalq səviyyədə 2-ci dəfədir ki, keçirilən bu yarışmanın əsas məqsədlərindən danışıb və bütün iştirakçılara uğurlar diləyib. Daha sonra Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov çıxış edib. O öz çıxışında “Youthvision” yarışması respublikamızın musiqi sahəsində istedadlı gənclər sahəsinə olan diqqətini və bu sahədə ölkəmizin beynəlxalq səviyyədə daha da tanıdılmasına böyük töhvə olduğunu vurğulayıb.
Festival Azərbaycan, Slovakiya, Moldova, Polşa, Macarıstan, İtaliya, Belarus Respublikası, İsrail, İran, Serbiya, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Böyük Britaniya və Finlandiya ölkələrin nümayəndələrinin səhnə şouları ilə davam edib.
Azərbaycanı “Tələbə Baharı” yarışmasının 2010, 2011, 2012-ci illərinin qalibi və 2016-cı ildə Fransanın TF1 kanalında yayımlanan “The Voice” yarışmasının iştirakçısı Araz Hümbətli təmsil edib.
İştirakçıların çıxışından sonra səsvermə prosesinə start verilib. Yarışmada hər ölkəni öz münsifi təmsil edib. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1-12 bal verib. Münsiflər heyətinin səsverməsinə əsasən Gürcüstan təmsilçisi Mariam Akobia 1-ci, Qırğızstan təmsilçisi Colpan Ulubekizi 2-ci, Moldova təmsilçisi Irina Dragu isə 3-cü yerə layiq görülüb. Azərbaycan təmsilçisi Araz Hümbətli isə 4-cü sırada öz yerini tutub.
Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir. Müsabiqədə ilk üç yerin sahibi müvafiq olaraq 3000, 2000 və 1000 dollar dəyərində pul mükafatı ilə mükafatlandırılıb.
Müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılmasına və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info