“Dünya bir palitradır, biz isə onun rəngləri“ adlı rəsm sərgisi keçirildi
Tarix: 24.04.2017 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


23 aprel - Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı günü münasibəti ilə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu və Xəzər Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Dünya bir palitradır, biz isə onun rəngləri" adlı qarışıq rəsm sərgisinin açılış mərasimi keçirilib. AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev yeninetmə gənclərin qabiliyyətlərinin inkişafında əməyi olan Xəzər Təhsil Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. Fuad Əliyev qeyd edib ki, tələbələr onlara yaradılan şəraitdən yaxşı yararlanaraq layiqli Azərbaycan vətəndaşı olmalıdırlar. Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Orhan İşık iştirakçıları salamlayaraq 23 aprel - Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı günü münasibəti ilə təbrik edib, əlamətdar gün haqqında məlumat verib. Qeyd edib ki, 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramıdır. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov tədbir iştirakçılarını salamlayaraq Nizami yurdunda həyata keçirilən layihələr haqqında danışıb. Kənan Məmmədov xüsusi qabiliyyəti olan gənclərə gələcək həyatlarında uğurlar arzu edib. Sonda Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu tərəfindən Xəzər Təhsil Mərkəzinə və 13 yeniyetmə gəncə Fəxri Fərman verilib. Bildirək ki, açılış mərasimində 10-20 yaşlı 13 yeniyetmə gəncin 40-a yaxın əsəri nümayiş edilib. Rəsm əsərləri 6 may tarixinə kimi nümayiş ediləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info