“ İslam Həmrəyliyi Oyunları ilə bağlı “Azərenerji” xüsusi iş rejiminə keçib”
Tarix: 24.04.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


“IV İslam Həmrəyliyi Oyunları zamanı öz üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün “Azərenerji” ASC tərəfindən müvafiq işlər gerçəkləşdirilib”. Bu fikri ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.
Yəhya Babanlının sözlərinə görə, Səhmdar Cəmiyyətdə də artıq bir neçə müddətdir ki, bununla bağlı lazımi təşkilati və texniki tədbirlər görülməyə başlanılıb: “IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçirilib və iş qrafiki vaxta görə uyğunlaşdırılıb. Cavabdeh şəxslər bu xüsusda təlimatlandırılıb və onlardan ibarət yeni növbətçilik cədvəli tərtib edilib. Sistem əhəmiyyətli elektrik verilişi xətləri üzrə təftiş intensivləşdirilib və bu istiqamətdə mövcud olan nəzarət gücləndirilib.
“Azərenerji” ASC-nin rəhbərliyi tərəfindən bu gün qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ilə bağlı öz öhdəsinə düşən bütün vəzifələr bir daha nəzərdən keçirilib. Təchizatçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı ilə bağlı məsələlərə bir daha diqqət yetirilib. Bununla əlaqədar qarşıya qoyulan tapşırıqlara daha məsuliyyətlə yanaşılaraq, baş verə biləcək hər hansısa bir hadisəyə hazırlıqlı olmağın vacibliyi ön plana çəkilib”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info