“Numbeo.com” saytı tərəfindən maraqlı açıqlama olub
Tarix: 24.04.2017 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhəri hesab edilib.
APA-nın məlumatına görə, bu, “Numbeo.com” saytı tərəfindən tərtib olunan reytinq cədvəlində əksini tapıb. Reytinqdə 378 şəhərin adı qeyd olunub.
İlk onluğa Almaniyanın Münhen, Tayvanın Taybey, İsveçrənin Bazel, Qətərin Doha, Hindistanın Manqalor və İsveçrənin Zürix şəhəri və Sinqapur daxil edilib. Saytın hesablama metodikasına əsasən əgər cinayətkarlıq səviyyəsi şəhərdə 20 baldan azdırsa, o şəhər təhlükəsiz sayılır. Əbu-Dabidə bu indeks 14,44-dür. 20-40 bal indeksə malik ölkələr isə aşağı cinayətkarlıq səviyyəsi olan ölkələr hesab olunur. Bu kateqoriyaya 27,47 balla 71-ci yerdə qərarlaşan Azərbaycan da daxildir. Həmçinin buraya 21,35 balla 28-ci yerdə Minsk və 29,18 bala 88-ci yerdə qərarlaşan İrəvan da daxildir.
Moskva bu siyahıda 45,32 balla 205-ci yerdədir.
Dünyada ən təhlükəli şəhər isə Venesuelanın Karakas şəhəri hesab olunur. Burada cinayətkarlığın səviyyəsi 86,61 balla ölçülüb. Təhlükəli ölkələr onluğuna Hondurasın San-Pedro-Sula, Cənubi Afrika Respublikasının Pitermaritsburq, Yohannesburq, Pretoriya və Durban şəhərləri, Braziliyanın Rio-De-Janero və Resife şəhərləri və Malayziyanın Selanqor şəhəri daxildir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info