Növbəti hərraca 133 dövlət əmlakı çıxarılıb
Tarix: 24.04.2017 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 23-də yeni hərrac keçiriləcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu hərraca ümumilikdə 133 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 74 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1759 linkindən əldə etmək olar.
Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci prosedurda komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı və Gəncə şəhərlərində, Balakən, Zaqatala, Lənkəran, Tərtər, Şəmkir, Ağcabədi və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakən Əmlak Kompleksi, Zaqatala Barama Toxumu Zavodu, Sumqayıtda 22 saylı mağaza kimi iri dövlət əmlakları var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakən Əmlak Kompleksidir. 1 milyon 72 min manata təklif olunan müəssisənin torpaq sahəsi 37,602 kvadratmetrdir. Bundan başqa Zaqatala Barama Toxumu Zavodu 425 min 625 manata, Sumqayıtda yerləşən 22 saylı mağaza 326, 786 manata, "Çinar" soyuducular zavodunun Şəmkir filialı 225 min manata hərraca çıxarılıb.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 64-ü paytaxtda, qalanları isə Sumqayıtda, Daşkəsən, Şirvan, Mingəçevir və digər şəhər və rayonlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 110 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kvadratmetr ilə 244 kvadratmetr arasında dəyişir.
Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Qax Taxıl”, “Boradigah Çay-2”, “Salyan Aqrotexservis”, “Yevlax Yük Avtonəqliyyat”, “Salyan broyler“ İsmayıllı Təmir Tikinti kimi səhmdar cəmiyyətləri var.
Hərraca çıxarılan 11 nəqliyyat vasitəsinin qiyməti isə 900 manatla 28 min 800 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info