Holokost qurbanlarının xatirəsi anılıb
Tarix: 24.04.2017 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
ADU-nun İnformasiya Departamentindən verilən məlumata görə, tədbirdə öncə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.Sonra İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Amir Rom Holokost qurbanlarının xatirəsinə altı ədəd şam yandırıb.ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova qonaqları salamlayaraq tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. O, Holokost hadisəsinin insanları çox təsirləndirdiyini bildirib. J.Qəribova altı milyon əhalinin sadəcə irqçiliyə və milli mənsubiyyətinə görə qətlə yetirilməsinin dəhşətli hadisə olduğunu sözlərinə əlavə edib. Bu faciə haqqında tələbələrin məlumatlandırılmasının əhəmiyyətindən danışan prorektor Holokost hadisəsinin insanların yaddaşından silinməyəcəyini vurğulayıb. O, tələbələri faciə qurbanları haqqında filmlərə baxmağa dəvət edib. Prorektor J.Qəribova gəncliyimizin təhsil, qarşılıqlı hörmət, tolerantlıq, dostluq sayəsində belə faciələrin olmasının qarşısını ala biləcəyini söyləyib.
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini A.Rom İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinə tədbiri təşkil etdiyi üçün təşəkkür edib. O, Holokostun Almaniyanın faşizm dövründə törətdiyi, təxminən altı milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən ad olduğunu deyib. A.Rom 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakətin sonda faşist hökumətinin əlinə keçən bütün yəhudilərin öldürülməsi ilə nəticələndiyini bildirib. İrqçiliyə görə törədilən belə cinayətlərin təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün təhlükəli olduğunu deyən A.Rom bu təhlükəni bir daha yaşamamaq, bundan yayınmaq üçün keçmişi unutmamaq və gələcəyimizi bu keçmişə nəzərən qurmaq lazım olduğunu vurğulayıb.
Daha sonra ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İrsailşünaslıq ixtisasında təhsil alan Şahverən Babayev İsrailə həsr olunmuş mahnı ifa edib, Validə Qədirli isə Holokost hadisəsi haqqında təqdimatla çıxış edib.
Sonda “Holokost: şahidlərin gözü ilə” adlı videoçarx nümayiş olunub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info