“Qərbin Suriyadakı terrorçuları dəstəkləməsi ona baha başa gələcək”
Tarix: 19.04.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Avropa Birliyi Suriya neftinin müxalifətdən alınmasına qoyulan qadağanı ləğv etmək niyyətindədir

Suriya prezidenti Bəşər Əsəd yerli televiziyaya müsahibəsində bəyan edib ki, Qərb dövlətləri aralarında radikal islamçıların olduğu suriyalı üsyançılara yardım etməklə özlərinə böyük təhlükə yaradırlar: “Qərb bundan əvvəl “Əl Qaidə”yə kömək etdiyinə görə zərərini çəkmişdi. İndi isə o, eyni şeyləri Suriyada, Liviyada və başqa ölkələrdə təkrarlayır. Avropa ölkələrinə və ABŞ-a bu, baha başa gələcək”.

Bundan başqa, Suriya prezidenti İordaniya hökumətini də tənqid atəşinə tutub. B.Əsədin sözlərinə görə, İordaniya hökuməti terrorçuların Suriyaya keçməsinin qarşısını almaq üçün heç bir tədbir görmür: “Mən inana bilmirəm ki, İordaniyada Fələstinin apardığı mübarizəyə kömək məqsədi ilə ərazisinə keçmiş yüngül silahlı hər bir şəxs həbs edildiyi halda, yüzlərlə silahlı terrorçunun Suriyaya keçməsinin qarşısı alınmır”. Bu arada Avropa Birliyi gələn həftə Suriyaya qarşı tətbiq edilən embarqonu yumşaldaraq xam nefti bu ölkənin müxalifət nümayəndələrindən almağa icazə vermək niyyətindədir. Bu barədə Britaniyanın “Guardian” qəzeti məlumat yayıb. Məlumata görə, müvafiq qərar aprelin 22-də Avropa Birliyinə üzv olan dövlətlərin XİN rəhbərlərinin görüşündə qəbul olunacağı gözlənilir. Britaniya nəşri həmçinin qeyd edir ki, bundan başqa, Avropa ölkələri neft istehsalı avadanlıqlarının suriyalı müxalifətçilərə satışına və neft sektorunun maliyyələşməsinə qoyulan qadağaları aradan götürmək niyyətindədir. Bəşər Əsəd Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı da tənqid edib. Əsəd R. T. Ərdoğanın “şəxsi mənafeyi üçün ölkəsini fəda etməyə hazır olduğunu” deyib. Suriya prezidenti bildirib ki, Ərdoğanın xaricdəki əsas hədəfi Suriyadır: “Suriyanı kürd məsələsində çətin vəziyyətdə qoymaq istəyir. Bizim kürdlərlə əlaqələrimiz hər zaman yaxşı olub. Ərdoğanın digər hədəfi isə daxili siyasətlə bağlıdır. Türkiyədəki kürdlərin səsindən faydalanaraq geniş səlahiyyətlərə sahib prezident üsul-idarəsi yaratmaq və bu məqsədlə Konstitusiyanı dəyişmək istəyir. Kürd məsələsində Ərdoğana etibar etmək olmaz. Suriya və Türkiyədə fəaliyyət göstərən dost kürd qüvvələri Ərdoğana güvənmədiklərini bizə söylədilər”. B. Əsəd Suriyadakı vəziyyətə də toxunaraq, hazırda ölkədəki vəziyyətin böhranın başlanğıcı ilə müqayisədə yaxşı olduğunu qeyd edib.
ANAR




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info