Xristian icmasının üzvləri Pasxa bayramını qeyd edirlər
Tarix: 24.04.2017 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri Pasxa bayramını qeyd edirlər. Onlar aprelin 16-dan Xaçmazdakı “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinə gələrək dini ayinlər həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, bayramla əlaqədar kilsədə hər gün şamlar yandırılır. Aprelin 24-də dini icma üzvləri kilsədə dualar, pasxa nəğmələri oxuduqdan sonra, dünyasını dəyişən yaxınlarının qəbirlərini ziyarət ediblər.
Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib, Pasxanın rəmzlərindən sayılan yumurtalar boyanıb.
“Xaçmaz Rayon Rus İcması” İctimai Birliyinin sədri Azər Panamarçuk Pasxa bayramının qədim və xristian dünyasında ən önəmli bayramlardan biri olduğunu bildirib. Bu dini bayram İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra yenidən dirilməsi ilə əlaqədardır. Pasxa hər il bahar fəslində qeyd olunur.
A.Panamarçuk Azərbaycanın şimal bölgəsində yaşayan xristianların Pasxa bayramını hər il yüksək səviyyədə qeyd etdiklərini vurğulayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
16.02.2019
Suriyadan olan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info