Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana gəlir
Tarix: 24.04.2017 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Energetika naziri Natiq Əliyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaimi qəbul edib.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, SOCAR nümayəndələrinin də iştirakı ilə baş tutan görüşdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin aprelin 25-27-də Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında güclü siyasi, iqtisadi və mədəni əlaqələrin mövcud olduğunu deyən energetika naziri bu səfəri enerji əməkdaşlığında mühüm hadisə kimi qiymətləndirib. Nazir Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihlə OPEC çərçivəsində keçirilən tədbirlərdə sıx təmasda olduğunu xatırladıb və Bakı görüşünün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.
Öz növbəsində səfir Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini ilk tanıyan və beynəlxalq təşkilatlarda davamlı dəstək nümayiş etdirən ölkələrdən biri olduğunu xatırladıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı həm də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə sazişi ilk imzalayan ölkələrdən biridir. Səfir uzun müddət "Saudi Aramco" şirkətinə rəhbərlik etmiş nazirin neft-qaz sahəsində böyük təcrübəyə malik olduğunu və Bakı görüşlərinin enerji əməkdaşlığının inkişafına fayda verəcəyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin Bakıya səfəri çərçivəsində energetika naziri ilə yanaşı, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulub.
Xalid Əl Falihinin öz istəyinə uyğun olaraq Bibiheybət və Səngəçala baş çəkməsi də səfər proqramına daxil edilib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info