Rusiya qurğuşun içlikli işıqsaçan güllələrdən imtina edir
Tarix: 19.04.2013 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Rusiya Silahlı Qüvvələri qurğuşun içlikli işıqsaçan güllələrdən imtina edir. Bu barədə «İzvestiya» qəzeti məlumat yayıb. Silahlanmadakı atıcı sursatların modernləşdirilməsi sahəsində işlərə başlayan Rusiya Müdafiə Nazirliyi artıq bununla bağlı müvafiq qərar qəbul edib.
Qərarda qeyd olunan güllələrin ekologiyaya, atıcının sağlamlığına mənfi təsiri, eləcə də zirehə qarşı effektivsizliyi qeyd olunub. İndiyədək dəfələrlə poliqonlarda qurğuşun içlikli patronların atışı zamanı qurğuşun oksidindən zəhərlənmə halları qeydə alınıb. Silahlanmadan çıxarılan patronları 7BT4 polad içlikli izburaxan güllələr əvəz edəcək. Yeni patronların qoşunlarda qəbulu 2014-cü ildə başlanacaq. Qəzetin yazdığına görə, hazırda Rusiya Silahlı Qüvvələrinin ümumi illik ehtiyacı təxminən 7 milyard patron təşkil edir. Qeyd edək ki, rus ordusunda tədris və döyüş atışları vaxtı avtomatın darağına hər 3 və ya 4 adi patrondan sonra 1 ədəd işıqsaçan patron qoyulur. Bu patronlar gecə şəraitində hədəflərin işarələnməsi məqsədi ilə tətbiq edilir. Lakin Rusiya ordusundakı mövcud işıqsaçan güllələr müasir bədən zirehlərini və qoruyucu dəbilqələri vura bilmir. Onlar yalnız atəşin korreksiyası üçün istifadə olunur.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info