“Radikal müxalifət düşərgədəki partiyalara da qısqanclıqla yanaşır”
Tarix: 19.04.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Hazırda dünyada qəbul olunan qanunlara görə istər iqtidar, istərsə də müxalifət siyasi münasibətləri şəxsi münasibətlər zəmininə çəkmirlər. Bu siyasi mədəniyyətin əsas göstəricilərindən biridir. Lakin əfsuslar olsun ki, Azərbaycanda radikal müxalifət partiyaları liderləri bir-birilərinə qarşı münasibətdə sözügedən prinsipə riayət etmirlər. Onlar siyasi münasibətləri şəxsi münasibətlərə qatır, bundan irəli gələrək şəxsi münasibətlərdə də bir-birilərini aşağılamağa, təkləməyə çalışırlar. Bu isə qeyri-peşəkarlıqdan, münasibətlərin səmimi olmadığından xəbər verir, radikal müxalifətin gələcəyini uçuruma sürükləyir. Dediklərimizi Sərdar Cəlaloğlunun İsa Qəmbərlə bağlı mətbuata verdiyi son açıqlama da sübut edir. Ümumiyyətlə, ölkəmizdə müxalifətin siyasi mədəniyyəti bu gün vətəndaşları qane edirmi? Çatışmayan cəhətlər nədir?
Müxalifət düşərgəsində siyasi mədəniyyətin hazırkı durumu ilə bağlı məsələyə “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucovun münasibəti belə oldu: “Siyasi mədəniyyət termini anlayış və tədqiqat obyekti olaraq özündə siyasi davranışın normalarını, siyasi sistemin tərkib hissəsi kimi isə hakimiyyətə münasibəti, siyasi davranışı, vətəndaşların siyasi qərar qəbuletmə fəaliyyətinə cəlb olunması və cəmiyyətin siyasi proseslərdə psixi durumu və siyasi əhvali-ruhiyyəsini özündə birləşdirir. Əlbəttə ki, siyasi mədəniyyətin formalaşdırılması prosesində siyasi prosesin iki qütbü-iqtidar və müxalifətin hər birinin öz rolu, metodları və təsir mexanizmləri mövcuddur. Əvvəlcə Azərbaycan iqtidarının siyasi mədəniyyət səviyyəsinə nəzər salaq: Mövcud iqtidar vətəndaşların siyasi proseslərə təsirini qiymətləndirərək, eyni zamanda bu təsirdən bəhrələnərək hakimiyyətə gəlmək, siyasi proseslərdə sivil seçki yolu ilə dəyişikliklər etmək yolunu seçib. Milli birlik məsələsini ortaya qoymaqla barışdırıcı hakimiyyətin mövqeyinin dəfələrlə şahidi olmuşuq. Həmçinin insanların siyasi hadisələrdə iştirak imkanlarına yaradılan şərait, hakimiyyətə münasibətdə insanlara sərbəst seçim imkanının yaradılması, insanları siyasi proseslərin tərkib hissəsinə çevirmək istəyi, müxtəlif siyasi mövqeli insanların qrup və ya fərdi şəkildə imkan və bacarıqlarını ortaya qoymalarına mühitin formalaşdırılması birmənalı şəkildə onu deməyə əsas verir ki, hakimiyyət siyasi mədəniyyəti ən sivil formada ortaya qoyub. Müxalifətin siyasi mədəniyyət səviyyəsini birmənalı olaraq eyni qiymətləndirmək ədalətsizlik olardı. Bir qrup müxalifət partiyalarında siyasi mədəniyyətin prinsiplərinə əməl olunur. Və təəssüf doğuran məqam ondan ibarətdir ki, daha doğrusu, özlərini radikal müxalifət adlandıran siyasi qüvvələr bu siyasi partiyalara və orada təmsil olunan insanlara münasibətdə də bitkin və sivil siyasi mədəniyyəti ortaya qoya bilmirlər və daha çox onları hakimiyyətyönümlü qüvvələr kimi qələmə verirlər. Məsələn, Fazil Qəzənfəroğlunun, Qüdrət Həsənquliyevin, İlyas İsmayılovun, Sabir Rüstəmxanlının, Asim Mollazadənin və bir çox müxalifət liderlərinin rəhbərlik etdiyi siyasi təsisatlara münasibətdə belə, radikal müxalifətdə qısqanclıq duyulmaqdadır. Halbuki adlarını qeyd etdiyim partiyalar müxalifət partiyalarıdır və bunu cəmiyyət də qəbul edir. Hakimiyyətə gəlməyin yolunu qışqırmaqda, dağıtmaqda, radikallıqda görən, əslində bir vaxtlar elə bu yolla da hakimiyyəti mənimsəmiş radikal müxalifətin siyasi mədəniyyətindən danışmaq isə məncə, ayrıca bir mövzu olardı. Onlarda istər hakimiyyətə qarşı, istər siyasi baxımdan aktiv insanların bir çoxunun birləşdiyi siyasi partiyalara qarşı aqressiya, qisasçılıq hissi açıq-aşkar duyulmaqdadır. Qeyd etdiyim kimi, siyasi mədəniyyətin başlıca elementlərindən biri də insanların əhvali-ruhiyyəsi və psixi durumu ilə bağlıdır. Bu gün gəncləri aldadaraq küçələrə salan, onların taleyini öz çirkin əməllərinə qurban verən, onların psixikasını pozan, sosial şəbəkələrdə, mitinqlərdə siyasi opponentlərinə qarşı təhqirlər, ən alçaldıcı ifadələrdən istifadə etməyə təhrik edənlərin hansı siyasi mədəniyyətə malik olmalarının göstəricisidir. Hakimiyyətə gəlməyin yolunu inqilablarda, mitinqlərdə çaxnaşmalar salmaqla insanları hakimiyyətə qarşı aqressiya nümayiş etdirməkdə görmək hansı siyasi mədəniyyətin elementidir? Məncə, bu, siyasi mədəniyyətsizliyin nümunəsidir.
Hər bir seçki öncəsi bu insanlar guya birləşəcəkləri, bir şəxsi dəstəkləyəcəklərini vurğulayır, seçkilərə qalan vaxt daraldıqca bir-birilərini ittiham edirlər. Yəni, bu illərdir davam edir və heç bir nəticə əldə edə bilmirlər. Əslində nəticə başqa cür ola da bilməz. Çünki Azərbaycanda hakimiyyəti xalq formalaşdırır və hakimiyyətin mənbəyi xalqdır. Xalq da bu insanları hakimiyyətdə olduqları dövrdən tanıyır. Əslində onlar özləri də siyasi karyeralarının çoxdan sıradan çıxdığını bilirlər və etdikləri bu cür hərəkətlər- “barışırıq, ayrılırıq” və s. siyasi gündəmdə qalmaq üçün edilən manevrlərdir. Bu insanlar artıq çoxdan siyasi fəaliyyətlərini başa vurublar. 20 ilə yaxındır, eyni sözlər, eyni ittihamlar, eyni siyasi mübarizə metodlarından istifadə edirlər. Mən bu qüvvələrin gələcəyini siyasi səhnədə və hakimiyyətə gəlməkdə yox, ən yaxşı halda öz istəkləri ilə siyasi səhnəni tərk etməkdə görürəm.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info