ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
Tarix: 25.04.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Nabat Eminova: “Azərbaycanı bütün gücümüz və varlığımızla tanıtmalıyıq”

“Gənc diaspor üzvləri” rubrikasını davam etdiririk. Rubrikanın növbəti müsahibi ABŞ-ın Mayami şəhərində yaşayan azərbaycanlı məktəbli Nabat Eminovadır. Qeyd edək ki, 8-ci sinif şagirdi olan müsahibimiz ABŞ-ın Florida ştatındakı Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın qızıdır.
-Neçə yaşından diaspor tədbirlərinə qatılırsız?
-Bir gənc olaraq çox qürur hissi keçirirəm ki, mənim köküm azərbaycanlıdır. Bildiyiniz kimi, anam Töhfə Eminova 2006-cı ildən Mayami şəhərində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasını yaradıb. Mənim o zaman 4 yaşım var idi. Ağlım kəsməsə də, valideynlərim məni və qardaşım Aydını da bu təntənəli tədbirə, yəni açılışa aparmışlar. Elə o gündən bu günə qədər valideynlərim ilə birgə bütün tədbirlərdə iştirak edib Azərbaycanı hər yerdə, xüsusilə məktəbdə, dostlarım arasında təbliğ edirəm.
-Təhsil aldığınız yerdə ölkəmizi necə tanıdırsız?
-Təhsil aldığım məktəbdə Azərbaycanı, beynəlxalq məktəblərarası festivallarda, hər bir ölkənin günü keçirilən tədbirlərdə, Novruz bayramı ərəfəsində keçirilən beynəlxalq kulinariya festivalında təmsil edirəm. Əlbəttə ki, belə tədbirlərdə mən Azərbaycan bayrağı altında iştirak edirəm.
-Məktəbinizdə qeyri-amerikalı olaraq sizə münasibət necədir?
- Mayami şəhərində 75 % ispandilli insanlar yaşayır. Ona görə də münasibət çox müsbətdir. Onu da demək istəyirəm ki, burada ispanlarla yanaşı, yəhudilər, ruslar və başqa xalqların nümayəndələri təhsil alırlar.
-Yaşlı diasporun edə bilmədiyi hansı işlər sizin prioritetinizdir?
-Əlbəttə ki, güclü təbliğat olmalıdır. Azərbaycanı bütün gücümüz və varlığımızla tanıtmalıyıq. Bunun üçün də mən öz üzərimdə çalışıram, bütün konfranslara qatılıram.
-Ananıza diaspor işində nə kimi köməklik edirsiz?
- Azərbaycanla bağlı burada sərgilər, müxtəlif rəsmi görüşlər olur. Bəzən anamla birgə mən də o tədbirlərdə iştirak edirəm. Məsələn, BMT-də keçirilən konfransa mən də qatılmışdım. Ümumiyyətlə, bir çox sərgilərdə mən də anamla birgə ölkəmizi tanıdıram.
-Gələcək planlarınızı da bilmək istərdik.
-Gələcək planlarım elm ilə bağlıdır. Mən həkim olmağı arzu edirəm və bunun üzərində çox çalışıram. Paralel olaraq təşkilatımızda azərbaycanlı gənclərdən ibarət olan qrup yaratmaq məqsədim var. Bununla anamın işini davam etdirəcəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info