“Ukrayna məsələsində Rusiya ilə fikir ayrılığımız davam edir“
Tarix: 25.04.2017 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı (Aİ) tərəfindən 2014-cü ildə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar ötən gün Moskvada Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüşdə müzakirə olunub.
Bu barədə S. Lavrov görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib. "Biz özümüz sanksiyalar məsələsinə toxunmuruq, bu məsələ istər-istəməz açılır. Çünki sanksiyalar Avropa İttifaqı ilə münasibətlərimizi təyin edən süni problemlərin bir hissəsidir", - deyə nazir söyləyib. Rusiya XİN başçısı ikitərəfli münasibətlərdəki problemlərin müzakirəsinin vacibliyini qeyd edib: "Sistemli problem olmasına baxmayaraq, bizim danışıqlar aparmaq istəyimiz var. Ümid edirik ki, baş verənlər sağlam qiymətləndiriləcək. Bütün hallarda biz qonşuyuq. Ən yaxşısı problemləri müzakirə etməkdir". Federika Mogerini bildirib ki, Avropa İttifaqı və Rusiya arasında Ukrayna ilə bağlı qlobal fikir ayrılığı davam edir: "Avropa İttifaqının Rusiya ilə bir neçə qlobal fikir ayrılığı var. Bu, ilk növbədə Ukrayna məsələsi ilə bağlıdır. Aİ Krımın Rusiya tərəfindən ilhaq olunduğunu hesab edir". Mogerini Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini qeyd edib. O, bunun aprelin 23-də Donbasda ATƏT missiyasının avtomobilinin partladılması fonunda xüsusi aktuallıq daşıdığını söyləyib: "Biz Minsk razılaşmalarına əsaslanan yol xəritəsinin necə həyata keçirilməsini müzakirə etdik".




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info