Ermənistanda tarixi binalar satışa çıxarılıb
Tarix: 25.04.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Ermənistan KİV-ləri hökumətin dövlət mülkiyyətində olan binaları satışa çıxardığını yazır.
Bildirilir ki, iqtisadiyyatdan heç bir gəlir gəlmədiyindən büdcəni doldurmaq mümkün olmadığına görə hökumət bu yola əl atmaq məcburiyyətində qalıb. “Çorrord İşxanutyun” nəşri yazır ki, satışa çıxarılan binalar arasında Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Opera və Balet Teatrının binaları da var. Teatr bundan sonra restoran kimi fəaliyyət göstərəcək. Bu qərar mədəniyyət işçiləri tərəfindən narazılıqla qarşılanıb. Onlar bildiriblər ki, hökumət kommersiya maraqlarına son verməlidir. Opera və Balet Teatrının restorana çevrilməsi ilə problemləri aradan qaldırmaq mümkün deyil. Əksinə, bir müddət sonra hamı mədəniyyətin bu sahəsinin də tamamilə tənəzzülünün şahidi olacaq. Ermənistanın mədəniyyət və turizm naziri Armen Amiryan isə Opera və Balet Teatrını alan şəxsin oranı həm də sauna və idman zalı kimi istifadə edəcəyini deyib. Qeyd edək ki, həmin bina 1940-cı ildə tikilib. O vaxtadək ərazi bütünlüklə azərbaycanlılara məxsus meyvə bağlarından ibarət olub. Həmin dövrlərdə İrəvan əhalisinin böyük hissəsini də azərbaycanlılar təşkil edirdi.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info