Donbas üçün Bosniya ssenarisi tətbiq edilə bilərmi?
Tarix: 25.04.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Keçmiş Yuqoslaviya üzrə ekspert olan Tina Kaydanovun Kiyev səfəri bu məsələni yenidən gündəmə gətirib

ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisinin müavini Tina Kaydanov həftəsonu Kiyevə səfər edəcək. Kaydanov Berlin-Tallin-Kiyev marşrutu ilə səfər edəcək. Kiyev bu səfərə çox böyük önəm verir. Bu isə Tina Kaydanovun xarici siyasət sahəsində çoxillik və spesifik təcrübəsi ilə bağlıdır.
Xatırladaq ki, Kaydanov 2009-2011-ci illərdə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb. Xanım Kaydanov bizə də yaxşı tanış simadır. Məsələ ondadır ki, Tina Kaydanov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri funksiyasını da yerinə yetirib. ABŞ-ın Kosovoda səfiri də olan Kadanov Priştinada xüsusi nümayəndə kimi də fəaliyyət göstərib. Diplomat 3 il ərzində ABŞ-ın Bosniya və Hersoqovina üzrə xüsusi komissiyasının rəhbər orqanının üzvü olub. İndi Ukrayna siyasi dairələri Kaydanovun Kiyevə səfərini Donbas münaqişəsinin həllinə məlum Bosniya ssenarisinin tətbiqinin mümkünlüyü ilə izah edirlər. Politoloq Konstanitin Bondarenko “Nezavisimaya qazeta”ya açıqlamasında bildirib ki, Bosniya və Hersoqovina arasında konflikt Deyton sazişinin imzalanması ilə başa çatdı. Vuruşan tərəflər konfederasiyanı tanıdı və həmin illərdə regiona NATO-nun 60 min əsgəri yerləşmişdi. Ekspert hesab edir ki, Ukraynadakı münaqişəli vəziyyətin həlli ilə Deyton sazişinə oxşar variant tətbiq edilə bilər. Amma bunun üçün tərəflərin imzaladığı Minsk razılaşmasının bütün bəndləri yerinə yetirilməlidir. Belə olan halda Donetsk və Luqansk xüsusi status qazana bilərlər. Bosniya və Hersoqovina formal olaraq bir dövlətin tərkibində olsalar da faktiki olaraq hər tərəf özünü idarə edir. Belə olan halda real təsir imkanı üçüncü tərəfə - bu vəziyyətə ATƏT-ə verilib. İndi Kiyevdə siyasi dairələr hesab edir ki, Ukraynadakı münaqişə üçün oxşar ssenari tətbiq edilə bilər. Donbas formal da olsa Ukraynanın tərkibində qalacaq, amma xüsusi statuslu region olacaq. De-fakto region kənardan idarə olunacaq. Bu məsələ ilk dəfə deyil ki, müzakirə olunur. İki il əvvəl belə bir məsələ gündəmə gələn vaxt, rəsmi Kiyev qəti şəkildə təkzib edərək Minsk razılaşmasında Donetsk və Luqanska xüsusi status verilməsinin əks olunmadağını açıqladı. Ekspert Vladimir Fesenko bildirir ki, Deyton sazişini Donbas məsələsinə şamil etmək mümkün deyil. Onun sözlərinə görə Rusiya Serbiya deyil: “Orada xarici faktor olmadığına görə Avropa məsələni istədiyi kimi həll etdi. Amma Ukraynada vəziyyət fərqlidir. Burada Rusiya amili var. Ona görə də Deyton və Bosniya ssenarisi bura uyğun deyil”. Rəsmi Kiyev Donbasla bağlı məsələnin həlli yolunu açıqlayıb. Bunun üçün Minsk razılaşması həyata keçirilməli, Rusiyadan Donetsk və Luqanska yardım dayanmalı, regionda və Rusiya-Ukrayna sərhədində ATƏT-in nəzarəti tətbiq edilməlidir. Ancaq bundan sonra Kiyev siyasi öhdəliyə əməl edərək yerli hakimiyyət orqanlarına seçki keçirilməsinə, Donbas və Luqanska xüsusi qaydada özünüidarətetmə və geniş səlahiyyət verməlidir. Barak Obama dövlət başçısı olarkən bu istiqamətdə konkret addımlar atılmadı. İndi Kiyevdə Donald Trapm administrasiyasının aktivlik nümayiş etdirəcəyinə ümid edirlər. Kiyev yaranan fasilə zamanı amerikalı məmurların açıqlamalarına diqqət kəsilib. Dövlət katibi Tillersonun bu ay Moskvaya səfər etməzdən əvvəl verdiyi açıqlama Kiyevdə şok yaratdı. Tillerson bildirmişdi ki, amerikalı vergi ödəyiciləri nəyə görə Ukrayna münaqişəsi ilə maraqlanmalıdır. Kiyev bu sözləri Vaşinqtonun Ukraynada Rusiyaya güzəştə getməsi kimi qəbul etdilər. Amma ekspert Nikolay Sunqurovski bildirib ki, Tillersonun bu sözlərindən təcili nəticə çıxarmağa tələsmək lazım deyil: “Tillerson bununla bildirdi ki, ABŞ daha Ukrayna üçün yardım fondu olmayacaq. Bu, Avropanın məsələsidir, ona görə də Avropa dövlətləri özləri xərc çəkməlidir”. Belə situasiyada Tina Kaydanovun Kiyev səfəri daha böyük əhəmiyyət kəsb edir. ABŞ-ın bu il üçün büdcəsində Ukraynaya 350 milyon dollar yardım nəzərdə tutulub. Amma bu məbləğ silah alınması üçün nəzərdə tutulmayıb. Ukrayna isə ABŞ-dan yeni silahlar və ölkəyə ABŞ-ın xüsusi tərəfdaşı statusunun verilməsini istəyir. Bu ay ərzində Ukrayna müdafiə və maliyyə nazirlərinin Vaşinqton səfərləri, Ali Radanın Konqresə müraciəti də bununla bağlıdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info