Cocuq Mərcanlı yolunun tikintisi yekunlaşmaq üzrədir
Tarix: 25.04.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq  strateji əhəmiyyətə malik Cocuq Mərcanlı yolunun “Azəravtoyol” ASC  tərəfindən yenidən qurulması işləri sürətlə davam etdirilir.
2 aprel 2016-cı il döyüşləri zamanı ordumuzun bir-neçə strateji yüksəkliyi nəzarətə götürməsi ilə yaşamaq üçün təhlükəsiz yerə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi artıq son mərhələdədir.
Ümumi uzunluğu 9 km, layihə üzrə eni 12 metr təşkil edən avtomobil yolunun  hazırda 8 km-ə yaxın hissəsinə asfalt - beton örtüyünün ilk qatı döşənib. Qalan hissədə isə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə qalan hissənin də asfaltlanması nəzərdə tutulub. Ümumilikdə isə 2 qat olmaqla yolun 68 min m2 sahəsi asfaltlanacaq. Asfaltlanma işlərinə qədər yolun 5 km-lik hissəsində bərpa işləri, 4 km-lik hissəsində isə yenidənqurma işləri aparılıb. Tikinti işləri zamanı zəruri olan yerlərdə 9 ədəd su keçidi tikilib, 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri görülüb. Sözügedən körpünün uzunluğu 24 metr, eni isə 10 metrdir.
Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni isə 1.5 metr təşkil edir.  Tikinti işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də  aparılacaq.
 
Bütün işlər birbaşa “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcılığa riayət edilməklə və yüksək keyifyyətlə həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
 
 Qeyd edək ki,  yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişinin rahatlaşdırmasına hesablanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info