“ASAN qatar” Şəmkirdə bölgə vətəndaşlarına xidmət göstərir
Tarix: 25.04.2017 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Dövlətimizin başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz edilmiş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. “ASAN qatar” aprelin 14-dən etibarən Şəmkirin Dəllər qəsəbəsində Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sakinlərinə xidmət göstərir.
Qurumun Səyyar Xidmətlərin Təşkili Şöbəsinin baş məsləhətçisi Fəda Abbasov bildirib ki, Şəmkirdə xidməti fəaliyyəti dövründən bu günədək “ASAN qatar”da 1399 vətəndaşın müraciəti qeydə alınıb. Onlardan 482 nəfər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, 175 nəfər ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, 63 nəfər sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətindən istifadə edib. Əmək pensiyalarının təyin edilməsi xidməti üzrə 12 nəfərin, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı üzrə 18 nəfərin müraciətinə baxılıb. Həmçinin notariat fəaliyyəti üzrə 216 nəfər, Vətəndaşların Vəziyyəti Aktlarının qeydiyyata alınması üzrə isə 43 nəfər müraciət edib.
Bununla yanaşı, “ASAN qatar”ın yardımçı xidmət sahələrinə aid olan tibbi xidmət üzrə 141 nəfər vətəndaşın, foto xidməti üzrə 249 vətəndaşın müraciəti müsbət həllini tapıb.
Qeyd edək ki, “ASAN qatar” aprelin 28-dək Şəmkir rayon Dəllər qəsəbəsində əhaliyə xidmət göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info