“Qadın sahibkarların çəkisi 21 faizi keçib“
Tarix: 25.04.2017 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


"Araşdırmalar göstərir ki, aztəhsilli, iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda qadınlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar: "Xüsusilə, bu gün qadınlar texniki və maliyyə sahələrinə maraq göstərirlər. 2005-ci ildə 4 min qadın maliyyə və sığorta sahəsində çalışırdısa, 2015-ci ildə bu rəqəm 10 mindən çox olub. 2005-ci ildə tikinti sahəsində 5 min qadın çalışıb, 2015-ci ildə bu rəqəm 7 mindən çoxdur. 2012-ci ildə Azərbaycanda qadın sahibkarların çəkisi 17 faiz idisə, 2017-ci ildə bu, 21 faizi keçib".
Komitə sədrinin sözlərinə görə, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkün düşüb ki, onların 450 mini qadın, 309 mini uşaqdır.
H. Hüseynova qeyd edib ki, 2002-2015-ci illərdə 3500-dən çox qadına 55 milyon manat güzəştli kredit verilib.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info