Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası yenidən qurulacaq
Tarix: 19.04.2013 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Prezident Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Mingəçevir şəhərinin kompleks inkişafı və respublikanın sənaye mərkəzlərindən birinə çevrilməsi üçün, o cümlədən sosial xidmət infrastrukturunun yeniləşdirilməsi, müasir şəhərsalma prinsiplərinə ciddi riayət etməklə geniş abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş digər tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan ilkin olaraq 5 milyon manat ayrılıb.
Prezidentin digər sərəncamı ilə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri apararaq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədi ilə Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. Daha bir sərəncamla Mingəçevir şəhəri ərazisində qırx min nəfərdən çox əhalinin istifadə etdiyi ümumi uzunluğu 13 kilometr olan “Mingəçevir stansiyası”, “Mingəçevir kənd”, “Tərəvəzçilik” və “Çimərlik” yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Mingəçevir Şəhər İcra Hakimiyyətinə ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info