Qafqaz Müsəlmanları İdarəsinin sədri Finlandiyaya səfərə gedir
Tarix: 25.04.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərdə məqsəd aprelin 27-də Helsinki şəhərində keçiriləcək “Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda Konfransda iştirak etməkdir.
Azərbaycanın Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Finlandiyanın Baş Nazirinin Beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, Finlandiya xarici işlər nazirinin müavini Samuli Virtanen, Finlandiya parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiyanın təhsil və mədəniyyət nazirinin müavini xanım Zabrina Holmström ilə görüşəcək.
Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info