“Sahibkarlığın inkişafı prioritet məqsədlərdən biridir” 
Tarix: 25.04.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Sahibkarlığın, xüsusilə qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda səsləndirib. Qeyd edib ki, hər hansı ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin edilməsində sahibkarlıq fəaliyyətinin, o cümlədən, qadın sahibkarlığının böyük əhəmiyyəti var. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması da vacib məsələlərdəndir. BMT-yə üzv olan 193 ölkə Dayanaqlı İnkişaf Məqsədlərinə qoşularaq 2030-cu ilədək yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək üçün 17 məqsəd üzrə hədəflər müəyyən edib. Bu gün hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yalnış təsəvvürlər, stereotiplərdir. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi Azərbaycan hökumətinin daim diqqətindədir. Qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi prioritet məqsədlərdən biridir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Araşdırmalar göstərir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Buna görə də sistemli şəkildə iş aparmaq, güclü layihələr hazırlamaq lazımdır, deyə komitə sədri Hicran Hüseynova bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info