Həyətyanı sahəsində 500 növdən çox bitki becərir
Tarix: 25.04.2017 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Xaçmaz sakini həyətyanı sahəsində 500 növdən çox dekorativ bitki, kol və ağac becərir.
AZƏRTAC xəbər verir ki, ixtisasca aqronom olan Qurban Həsənoğlu 15 ildən çoxdur dekorativ bitkilərə maraq göstərir. Onun bağı dekorativ bitkilərlə zəngin parkı xatırladır.
Təsərrüfatçı 10 sot ərazidə 100-dən çox dekorativ bitki, 60-a yaxın meyvə ağacı, 150 növdə dibçək və qızılgül kolları, həmçinin başqa bitkilər becərir. Bu bitkilərin çoxunu Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gətirib.
Q.Həsənoğlu bildirib ki, bu bağça onun mənəvi istirahət yeri olmaqla yanaşı, həm də gəlir mənbəyidir. Dekorativ bitkilərdən və güllərdən ən ucuzunun qiyməti 2 manatdır. Təsərrüfatdakı ən bahalı dekorativ ağac növü isə ağ şamdır. Bu ağacın təxminən 3-4 metr hündürlükdə olanı 10 min manata təklif edilir.
Təsərrüfatçı dekorativ bitkiləri becərməyin daha çətin olduğunu deyir. Bu ağacların ilin bütün fəsillərində əkilə bilməsi əsas üstün cəhətlərindəndir. Bitkilər əsasən toxum və tinglə çoxaldılır.
Bağban xaricdən gətirdiyi bitki növlərini artıraraq təsərrüfatını genişləndirmək niyyətindədir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info