Polis intihar cəhdinin qarşısını alıb
Tarix: 25.04.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu qəsəbə sakini 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.
Ş.İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirir. Bu zaman sosial şəbəkədə Şaiqi izləyənlərdən biri Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə zəng edərək Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin facebookda status yazaraq intihar etmək istədiyi barədə verdiyi məlumat ərazi üzrə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürülür. Bölmə əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün təcili axtarışlara başlayır.
Bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Bu səbəbdən polislər Ş.İsgəndərovun həyatını xilas etmək üçün həmin küçədəki bütün mənzillərin qapılarını döymək məcburiyyətində qalıblar. Hətta bəzi vətəndaşlar sosial şəbəkələrdə yazılan xəbərə bu cür operativ reaksiya göstərdiklərinə görə polisləri qınayıblar da. Amma ortada insan həyatı olduğundan bölmə əməkdaşları Ş.İsgəndərovun axtarışlarını sona qədər aparıblar. Ş.İsgəndərovla eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub. Hadisənin baş verdiyi evi ilk olaraq tapan və Ş.İsgəndərovun həyatını xilas edən şəxs isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Ələsgər Hüseynov olub.
Hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə darısqal olduğundan təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Ş.İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar.
Ş.İsgəndərov paytaxt ərazisində yerləşən şirkətlərdən birinin əməkdaşıdır və o, kifayət qədər yüksək əmək haqqı alır. O, intihar etmək istəməsinin səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info