Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil edib
Tarix: 25.04.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, hər il aprelin 23-də Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının növbəti ildönümü qeyd olunur. Bu münasibətlə hər il olduğu kimi, bu dəfə də qardaş ölkənin bütün ərazisində, o cümlədən Azərbaycanda tədbirlər, şənlik və konsertlər təşkil olunub.
Eyni zamanda, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil olunub. Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqadir Böyükfiratın və səfirliyin digər təmsilçilərinin, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, liseyin müdiri Hüseyn Dəmirəlin, bayram ərəfəsində liseyin qonağı olan İstanbuldakı Mürrüvet Hanım İlkokulunun müdiri Selmin Yönün rəhbərlik etdiyi müəllim və şagirdlərdən ibarət nümayəndə heyətinin, liseyin müəllim və şagirdlərinin, həmçinin KİV nümayəndələrinin də iştirak etdiyi bayram tədbirinə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.
Bu il təsis edillməsinin 25-ci ildönümünü qeyd edən Bakı Atatürk Liseyinin fəaliyyətinə həsr olunmuş filmin nümayişindən sonra səhnə kiçik yaşlı məktəblilərin ixtiyarına verilib. Həm Bakı Atatürk Liseyinin, həm də mərasimə qonaq kimi dəvət almış Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasının, Elitar Gimnaziyanın kiçikyaşlı şagirdlərinin və "Mitraks" rəqs qrupunun ifasında 23 aprelə, Türk dünyasına, Azərbaycanla Türkiyənin qardaşlığına həsr edilmiş mahnı, rəqs və şeir təqdim edilib.
Mərasimin gedişində həmçinin, Türkiyədən gəlmiş qonaqlar- İstanbuldakı Mürrüvet Hanım İlkokulunun müdiri Selmin Yön, müdir müavini Harun Aktaş, müəllimlər – Celal Karasoy, Seda Karasoy, Nesrin Güneş və Funda Alpanık səhnəyə dəvət ediliblər. Belə bir gündə Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən qonaqlar Bakı Atatürk Liseyinin müdiri Hüseyn Dəmirələ, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğluna xatirə hədiyyələrini təqdim ediblər.
Tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanan bayram tədbiri "Natiq" ritm qrupunun ifasında musiqi nömrələrinin təqdimatı və "10-cu il marşı"nın oxunması ilə başa çatıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info