Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu artır
Tarix: 25.04.2017 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


AVCİYA-nın layihəsi çərçivəsində BSU-da növbəti debat keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihə həyata keçirir. Bütövlükdə 2017-ci ili əhatə edən layihə çərçivəsində il ərzində 4 debatın keçirilməsi nəzərdə tutulub və artıq onlardan üçü təşkil edilib. Aprelin 25-də isə növbəti debat Bakı Slavyan Universitetində (BSU) baş tutub.
BSU-nun konfrans zalında keçirilən debatda layihənin koordinatoru İradə Yaqubova layihə barədə məlumat verib. O, layihənin tələbələr üçün mühüm rola malik olduğunu və onların cəmiyyətdə fəal mövqe tutmalarına hesablandığını bildirib.
Moderator Orxan Cabbarov layihə çərçivəsində keçirilən bu dəfəki debatın mövzusunun “İnformasiya müharibəsini necə udmalı?” olduğunu bildirib. Tələbələr informasiya müharibəsində Azərbaycanın mövqeyinin qorunması, təşkilatlanma və hədəflərin nədən ibarət olması ilə bağlı fikir mübadiləsi aparıblar. Debat iştirakçıları mövzunu fərd və cəmiyyət müstəvisində şərh etməyə çalışıblar.
BSU-nun Magistrantlar Şurasının sədri, II kurs magistrantı Rüfət Haşımov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında indiyədək çox işlər görülüb, lakin bunlar kifayət etmir. O, konkret faktların təqdimatı ilə ermənilərin infromasiya həmləsinin qarşısını almağın mümkünlüyünü diqqətə çatdırıb.
Sonda debat iştirakçılarının mövzuya münasibəti ekspertlər- BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, BSU-nun Diplomatiya və xarici siyasəsət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi kafedrasının müdiri Hacı Rauf, Elektron idarəetmə resursları şöbəsinin müdiri Nurlan Məmmədov, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov, İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov tərəfindən qiymətləndirilib.
BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info