UNEC professorları ilə görüş şagirdlər üçün faydalıdır
Tarix: 25.04.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


UNEC-in professor-müəllim heyətinin orta məktəblərə səfərləri davam edir. Nümayəndə heyəti Bakıda yerləşən 160 saylı Klassik gimnaziya, 20 saylı orta məktəb və İstək liseyinin yuxarı sinif şagirdləri ilə görüşüblər. “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov və “Marketinq” kafedrasının müdiri, professor Telman İmanov 160 saylı Klassik gimnaziyanın şagirdlərinə regionun ən böyük iqtisadyönümlü universitetində təhsil imkanlarından danışıblar. Professorlar təmsil etdikləri kafedra və ixtisaslar barədə onlara ətraflı məlumat veriblər. İxtisasın onlara qazandıracağı üstünlüklərdən, daxili və xarici əmək bazarında tələbatından bəhs ediblər. Görüşdə şagirdlərin UNEC-in təqaüd proqramları, beynəlxalq əlaqələri, ixtisaslar, keçid balları, məzunların işlə təmin olunması və digər sualları cavablandırılıb. Şagirdlər professorların verdiyi məlumatlardan məmnun olduqlarını qeyd edərək, onlara ixtisaslar barədə ətraflı məlumat verdikləri üçün təşəkkürlərini bildiriblər. Gimnaziyanın direktoru Faina Ələkbərova UNEC kollektivinin gimnaziyaya səfərini yüksək qiymətləndirib. Bildirib ki, şagirdlər universitet və ixtisas seçimində, ixtisasın mahiyyətini anlamaqda çox zaman çətinlik çəkirlər. Bəzən elə düşünürlər ki, bank işi ixtisasını seçdikdə onlar bank müdiri olacaqlar. Bu baxımdan universitet müəllimlərinin tədris olunan ixtisasların mahiyyətini açıqlaması onların gələcəkdə düzgün seçim etməsinə böyük dəstəkdir. Düşünürəm ki, UNEC professorlarının şagirdlərlə görüşü onlar üçün çox faydalıdır. İstək liseyində olan UNEC-in Magistratura mərkəzinin direktoru, professor Qabil Manafov, baş müəllim Nazim Cəfərsoy və 220 saylı məktəbə ezam olunan gənc müəllimlər Aqil Əzizov, Seymur Əliyev iqtisadçı olmaq istəyən şagirdlərlə görüşüblər. Onlara ikili doplim, mübadilə proqramları, 4 dildə təhsil imkanı, Elektron Universitet Modeli və s. barədə ətraflı məlumat veriblər. Şagirdlərin ingilis və türk dillərində təhsil, SABAH qrupları, təhsil haqları və digər suallarını cavablandırıblar. Məktəblərə səfər zamanı şagirdlərə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info