Müsəlman ölkələrindən çoxsaylı turist axını halal turizm sahəsinin tətbiqini zəruri edir
Tarix: 25.04.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Müsəlman turistlərin yaşayışı, qidalanması, turların və istirahətinin təşkilində bir sıra tələblər nəzərə alınmalıdır
“2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib”
May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi, həmçinin son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir. Bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tələblərinə həsr olunmuş seminar keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “Palitra”ya bildiriblər ki, seminarı giriş sözü ilə açan Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifələrini icra edən Namiq Tağıyev ölkənin multikultural dəyərlərini özündə ehtiva edən yeni halal turizm modelinin yaradıldığını bildirib. O, Prezidentin qeyri-neft sektorunda xüsusi payı olan turizm sənayesinin inkişafına dəstəyini xüsusi vurğulayıb. N.Tağıyev qeyd edib ki, Prezidentin uğurlu siyasəti nəticəsində son illərdə əldə olunmuş dayanıqlı sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb, turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində böyük işlər həyata keçirilib. Son zamanlar müsəlman ölkələrindən ölkəmizə çoxsaylı turist axınını və cari ilin may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi halal turizmlə bağlı beynəlxalq təcrübənin öyrənildiyini deyən institut rəsmisi “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəldiyini qeyd edib. Bu standart halal turizm fəaliyyətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, motellər və digər mehmanxana tipli obyektlər üçün “Halal İdarə Sistemi”ni əhatə edir. Müsəlman turistləri cəlb etmək məqsədi ilə onların halal prinsiplərə uyğun olaraq yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli keçirilməsi üçün stdandartda bir sıra tələblər öz əksini tapıb. Belə ki, bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzu və spa xidmətləri göstərilir. Ramazan ayında mehmanxana ziyarətçilərinə xüsusi xidmətlər göstərilir. Bir sözlə müsəlman turistlərin yaşayışı, turların təşkili və digər səmərəli istirahəti üçün bütün tələblər bu standartda nəzərə alınır. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov son dövrlərdə ölkəmizdə turizmin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verib. Belə ki, Körfəz ölkələri, eləcə də Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib, bu ölkələrin əksəriyyətindən ölkəmizə gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Sektor müdirinin sözlərinə görə, cari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı yetmiş minədək artıb. Azərbaycan Akkreditasiya Mərkəzinin ekspert-auditoru Əkbər Əliyev halal idarəetmənin turizm sektorunda yeni istiqamət olduğunu, beynəlxalq təcrübədə populyarlıq qazandığını deyib. Artıq bir çox islam ölkələrində turizm və otelçilik sahəsində halal prinsiplər əsasasında xidmətlər göstərilir. Təkcə 2016-cı ildə müsəlman turistlər səyahətlər zamanı 140 milyon ABŞ dolları xərcləyib. Bu rəqəmin 2020-ci ilədək 180 milyon ABŞ dollarına qədər artacağı gözlənilir. Halal məhsulların sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş “AzeSERT HALAL” MMC -nin direktoru Elşad Əliyev isə bildirib ki, hazırda bir çox ölkələrdə halal turizimlə bağlı standartlar və sertifikatlaşdırma sxemləri qəbul edilib. Artıq bu standartın tələblərinə uyğun sertifikatlaşdırılmış mehmanxana şəbəkələri dünyanın müxtəlif ölkələrində xidmət göstərir. Hətta müsəlman turistlər üçün internet üzərindən halal prinsiplər əsasında fəaliyyət göstərən mehmanxanaların axtarış sistemi də tətbiq edilib. (https://halalbooking.com).
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info