Makron həm sağdan, həm soldan dəstəklənir
Tarix: 26.04.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“İrəli” hərəkatının banisi Emmanuel Makron prezident seçkilərinin ikinci turuna çıxan kimi həm sağ, həm də sol cinahındakı uğursuz rəqiblərini ətrafında birləşdirən kompromis namizəd olub.
“Euronews” telekanalı xəbər verir ki, seçkilərin ilk turunda üçüncü yeri tutan “Respublikaçılar” partiyasının namizədi Fransua Fiyon keçmiş rəqibi Makrona səs verəcəyini bildirib. Aprelin 24-də onun partiyasının üzvləri “Milli cəbhə” partiyasının lideri Marin Le Penə qarşı birləşiblər. İlk turda beşinci yerlə kifayətlənməli olan “Sosialist” partiyasının namizədi Benua Amon “İrəli” hərəkatının liderinə dəstək üçün bütün resurslarını cəmləyib. Fransa prezidenti də, həmçinin tərəfdarlarını özünün sabiq müşaviri və sosialistlərin hökumətində keçmiş iqtisadiyyat nazirinə səs verməyə çağırıb. Le Peni milli təhlükə adlandıran Fransua Olland Makronu dəstəklədiyini rəsmi şəkildə bəyan edib. Xatırladaq ki, Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək. Bu turda Emmanuel Makron və Marin Le Pen mübarizə aparacaqlar.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb
19.07.2019
Hindistanda daşqınlar nәticәsindә hәlak olanların sayı 136 nәfәrә çatıb
19.07.2019
Türkiyә ordusu iki şәhid verdi
19.07.2019
Türkiyədə növbəti dəfə kütləvi zəhərlənmə baş verib
19.07.2019
Cənubi Koreyada yaşlı kişi Yaponiya səfirliyinin qarşısında özünü yandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info