Tramp yenə də BMT-ni tənqid edib
Tarix: 26.04.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“BMT-nin öz vəzifəsinin öhdəsindən gəlməsi üçün təşkilat daxilində islahatlar aparılmalıdır”
ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasında təmsil olunan ölkələrin daimi nümayəndələri ilə görüş keçirib.
ABŞ lideri tərəfindən Ağ Evə dəvət edilən BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkə nümayəndəsi Donald Tramp tərəfindən tənqidlərlə üz-üzə qalıb. Trampın iddiasına görə, son zamanlar dünya təşkilatı öz vəzifəsinin öhdəsindən o qədər də gələ bilmir. O, BMT-nin fəaliyyətinin effektsiz olduğunu deyib. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasında Suriyada kimyəvi hücum haqqında qərar qəbul etmək cəhdi uğursuzluqla sonunclanıb: “Şura Suriyada kimyəvi silahdan istifadəyə cavab verə bilmədi. Bu, doğrudan da məyusedici haldır”. Bunun ardınca Təhlükəsizlik Şurası qorxaqlıq göstərərək Şimali Koreyaya qarşı sərt sanksiyalar tətbiq etməyib. Amerikalı prezident Şimali Koreyaya qarşı daha sərt qadağalar tətbiq etmədiyinə görə BMT-ni qətiyyətsizlikdə ittiham edib. O, bu ölkəyə qarşı status-kvonun yolverilməz olduğunu bildirib: “Status-kvo qəbul edilə bilməz. Şura Şimali Koreyanın nüvə ballistik raket proqramlarına qarşı əlavə və daha sərt sanksiyalar tətbiq üçün hazır olmalıdır. Şimali Koreya - qlobal problemə çevrilməkdədir və biz, nəhayət ki, bu problemin həlli ilə bağlı qərar verməliyik. Məhz elə bu fonda BMT-nin öz vəzifəsinin öhdəsindən gəlməsi üçün təşkilat daxilində islahatlar aparılmalıdır”. Ağ Ev lideri Birləşmiş Millətlər Təşkilatının büdcəsinə ABŞ tərəfindən “nəhəng” sərmayələr yatırıldığını xatırladaraq deyib ki, BMT-nin maliyyə məsələsi, büdcəsi təftiş olunmalıdır: “Bu gün təşkilatın xərcləri tamamilə nəzarətdən çıxıb”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info