İran-Gürcüstan yaxınlaşması nə ilə bağlıdır?
Tarix: 26.04.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Məşhur gürcü eksperti Qiya Xuxaşvili:
“Sırf iqtisadi aspektdən yanaşdıqda aydın olur ki, İran qazı bu gün Gürcüstanı qazla təmin edən Azərbaycan qazından bahadır”

Son vaxtlar iki qonşumuz - İranla Gürcüstan arasında əlaqələrin intensivləşməsi müşahidə edilir. Gürcüstan baş naziri Kvirikaşvilinin Tehrana səfəri çərçivəsində bir sıra sənədlər imzalandı. Bu sənədlərin arasında ən diqqət çəkəni İran körfəzi istiqamətində nəqliyyat dəhlizi və enerji sahəsində əməkdaşlıqla bağlı sənədlərdir.
İki ölkənin iş adamları arasında da bir sıra sənədlərə imza atılıb. Bu səfərdən qısa müddət sonra İran nümayəndə heyətinin Tbilisini ziyarət etməsi yenidən diqqətləri iki dövlət arasındakı münasibətlərə yönəldib. İki dövlətin bir-birinə bu qədər qısa zaman kəsiyində yüksək səviyyəli nümayəndələr göndərməsinin arxasında nə dayanır? İran xarici işlər naziri Zərifinin başçılıq etdiyi heyətin səfəri çərçivəsində Gürcüstanda biznes-forum təşkil edilib. Həmin forumda tərəflər kənd təsərrüfatı və infrastruktur sferasında əməkdaşlığı genişləndirmək və ticarət əlaqələrini dərinləşdirmək barəsində razılıq əldə ediblər. İran məhsullarının Gürcüstandan keçməklə Avropa bazarlarına ixracı məsələsi də müzakirə predmeti olub. İranın vitse-prezidenti Cahangiri deyib ki, tərəflər konkret olaraq kənd təsərrüfatı, avtomobil vasitəsilə yüklərinin daşınması və gənclər-idman sahəsində sazişlər imzalayıblar. İran tərəfi Gürcüstana qaz ixracı və İran körfəzi-Qara dəniz koridoru layihəsinin reallaşmasında maraqlı olduğunu açıqlayıb. “Ötən görüşlərdə müəyyən qərarlar qəbul etdik, indi isə onların yerinə yetirilməsi barəsində informasiyalar eşidirik. Ən vacib məsələlərdən biri İran körfəzi-Qara dəniz dəhlizinin yaradılmasıdır. Bu dəhlizin başlanğıcı İran-Azərbaycan-Gürcüstanı və İran-Ermənistan-Gürcüstan ola bilər” - deyə İranın vitse-prezidenti bildirib. Məşhur gürcü eksperti Qiya Xuxaşvili “Nezavisimaya qazeta”ya dəyərləndirməsində bildirib ki, Gürcüstanın geosiyasi mövqeyi ona Şərqlə Qərb arasında tranzit ölkə rolunu oynamağa imkan verir: “Bu kontekstdə yanaşdıqda İranla əlaqələrin perspektivi böyükdür. Amma bir məsələ var ki, bu razılaşmaların hamısı siyasi kontekstə düşür. İranla münasibətlərin inkişafını çətinləşdirən amillərdən biri də bizim strateji müttəfiqlərimizin bu ölkə ilə əlaqələrinin mümkün kəskinləşmə riskidir”. Ekspert hesab edir ki, Gürcüstanın İranla yüksək səviyyəli əməkdaşlığı ilə Qərblə olan münasibətləri üst-üstə düşmür. “WikiLeaks” saytının yaydığı informasiyadan da aydın oldu ki, iki il əvvəl Vaşinqton Gürcüstana İranla tam formatlı əməkdaşlıqdan yayınmağı məsləhət görüb. Xuxaşvili İranın Gürcüstana qaz ixracı ilə bağlı məsələnin də aydın olmadığını deyib: “Bu məsələnin 3 aspekti var. Sırf iqtisadi aspektdən yanaşdıqda aydın olur ki, İran qazı bu gün Gürcüstanı qazla təmin edən Azərbaycan qazından bahadır. Texniki aspekt budur ki, İran qazını Gürcüstana çatdıracaq infrastruktur yoxdur. Yenisinin yarıdılması həm investisiya, həm də zaman tələb edir. Üçüncü aspekt, yenə də siyasi amildir. Biz nə istədiyimizi doğru seçməliyik. Əgər İran sabah yenə də sanksiyalara məruz qalsa, onda biz nə edəcəyik? Prinsip etibari ilə İran elə sanksiya altındadır. ABŞ-dan gələn son bəyanatlar göstərir ki, sanksiyalar yenilənə, daha da sərtləşə bilər. Ona görə də Gürcüstan hakimiyyətinin İranla münasibətlərdəki aktivliyi tam aydın deyil”. Görünür, elə bu səbəbdən Gürcüstanın baş naziri Tehranda səfərdə olarkən daha az diqqətçəkən sahələrlə bağlı danışıqlara üstünlük verdi. Əsasən, iqtisadi məsələləri qabardan Kvirikaşvili iranlı iş adamlarını ölkəsinə dəvət edib: “Biz özəl sektor qarşısında olan bütün baryerləri aradan qaldırmağa hazırıq ki, iş adamları üçün maksimal komfortlu şərait yarada bilək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info