Qadın sahibkarların sayı artıb
Tarix: 26.04.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“2002-2015-ci illərdə 3500-dən çox qadına 55 milyon manat güzəştli kredit verilib”
Bakıda “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova bildirib ki, sahibkarlığın, xüsusilə qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Komitə sədri qeyd edib ki, hər hansı ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin edilməsində sahibkarlıq fəaliyyətinin, o cümlədən, qadın sahibkarlığının böyük əhəmiyyəti var. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması da vacib məsələlərdəndir. BMT-yə üzv olan 193 ölkə Dayanaqlı İnkişaf Məqsədlərinə qoşularaq 2030-cu ilədək yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək üçün 17 məqsəd üzrə hədəflər müəyyən edib. Bu gün hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur, bunlar, əsasən, yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlər, stereotiplərdir. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi Azərbaycan hökumətinin daim diqqətindədir. Qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi prioritet məqsədlərdən biridir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Araşdırmalar göstərir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Buna görə də sistemli şəkildə iş aparmaq, güclü layihələr hazırlamaq lazımdır. Komitə sədrinin sözlərinə görə, araşdırmalar göstərir ki, aztəhsilli, iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur. O bildirib ki, Azərbaycanda qadınlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar: "Xüsusilə bu gün qadınlar texniki və maliyyə sahələrinə maraq göstərirlər. 2005-ci ildə 4 min qadın maliyyə və sığorta sahəsində çalışırdısa, 2015-ci ildə bu rəqəm 10 mindən çox olub. 2005-ci ildə tikinti sahəsində 5 min qadın çalışıb, 2015-ci ildə bu rəqəm 7 mindən çoxdur. 2012-ci ildə Azərbaycanda qadın sahibkarların sayı17 faiz idisə, 2017-ci ildə bu, 21 faizi keçib".
Komitə sədrinin sözlərinə görə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkün düşüb ki, onların 450 mini qadın, 309 mini uşaqdır. H. Hüseynova qeyd edib ki, 2002-2015-ci illərdə 3500-dən çox qadına 55 milyon manat güzəştli kredit verilib.
Konfransda çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, qadın sahibkarlığı problemi cəmiyyət üçün aktual məsələdir. Bu problem iki məsələnin həllində mühüm rol oynayır. Birincisi, qadın hüquqlarının təmini, gender bərabərliyinin həlli ilə əlaqədardır. Bunun üçün fundamental rol oynayan qadınların iqtisadi müstəqilliyi vacib məsələdir. İkincisi, qadınların iqtisadi fəallığının yüksəldilməsi cəmiyyətin iqtisadi potensialının artmasına səbəb olur.
Konfransda çoxsaylı ölkələrin təmsil olunmasının mövzunun aktuallığını göstərdiyini deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün mühüm əsaslar yaradılıb. Güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində məşğul olanların bütün vergilərdən azad edilməsi qadın sahibkarlığının inkişafına kömək edir. Son iki ildə sahibkarlıqla məşğul olan qadınların sayı artıb. Azərbaycan hökumətinin siyasətində qadın fəallığının artırılması mühüm yer tutur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar daha əhəmiyyətli rolları, funksiyaları öz üzərlərinə götürməyə hazırdırlar. Azərbaycan qadınları bütün dünyada toplanmış müsbət təcrübələrdən bəhrələnərək ölkənin iqtisadi həyatına öz töhfələrini verəcəklər.
Daha sonra BMT Baş katibinin müavini, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Friis Bax adından bəyanat səsləndirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, sahibkarlar iqtisadiyyatın lokomotividir. O əlavə edib ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına böyük təkan verib.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstəyin daha da gücləndirilməsinin zəruriliyini qeyd edib.
Özbəkistan baş nazirinin müavini, Qadın məsələləri Komitəsinin sədri Tanziala Narbaeva bildirib ki, qadınlar istənilən cəmiyyətdə mühüm yer tuturlar: “Qadınlara xüsusi diqqət yetirilməsi bizə xas xüsusiyyətdir. 2006-cı ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi qısa müddətdə böyük işlər görüb. Bu konfransın qadın sahibkarlığının inkişafına təkan verəcəyinə inanırıq”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qızlar üçün ilk dünyəvi məktəbin Bakıda açılmasını diqqətə çatdırıb.
Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya deyib ki, konfrans çox faydalı bir platformaya çevriləcək. “Qadınların olduğu hər yerdə iqtisadi yüksəlişlə bərabər, sülh, azadlıq və demokratiya var. 2002-ci ildən etibarən Türkiyədə qadınların statusunun gücləndirilməsi ilə bağlı tədbirlər gücləndirilib”, - deyə o vurğulayıb.
Tədbirdə bir qrup sahibkar qadın mükafatlandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info