Moskva Dövlət Universitetinin tələbələri Azərbaycan dilini öyrənirlər
Tarix: 26.04.2017 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan dilini öyrənən tələbələrlə və Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının kollektivi ilə görüşüb. Görüşdə toxunulan mövzular arasında ekologiya, təbiəti mühafizə, müxtəlif ekoloji sistemlərin bir-birindən asılılığı problemləri xüsusi maraq doğurub. Leyla Əliyeva görüş iştirakçılarına “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin – IDEA-nın (International Dialogue for Environmental Action) və RAGB-ın fəaliyyətindən danışıb.
Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən tələbələr qonaqlara Məcid Şamxalovun “Qaynana” pyesinin motivləri əsasında eyniadlı tamaşanı təqdim ediblər. Tələbələr Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını və Azərbaycan milli rəqsini ifa ediblər.
Leyla Əliyeva gözəl quruluşa görə tələbələrə təşəkkür edərək deyib: “Tamaşa məndə çox güclü təəssürat oyatdı, qürur və sevinc hissləri keçirdim, özümü xoşbəxt hiss etdim”. Leyla Əliyeva yeni şeirlərini oxuyaraq institutun kollektivinə özünün “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (“Если б звезды ступеньками стали”) şeirlər toplusunu hədiyyə edib.
AAÖİ-nin fəxri prezidenti, MDU-nun professoru Mixail Meyer instituta gəldiyinə görə Leyla Əliyevaya təşəkkür edib və Azərbaycan dilini öyrənən tələbələrin təhsilində Heydər Əliyev Fondunun rolunu vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AAÖİ-yə ilk dəfə gəlmir. Fond bir neçə il əvvəl instituta linqafon kabineti hədiyyə edib. Ən yaxşı tələbələr isə Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər etmək imkanı qazanıblar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info