“Akademik Zərifə Əliyeva elmdə peşə oftalmologiyasının əsasını qoyub”
Tarix: 26.04.2017 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Zərifə xanım Əliyevanın Azərbaycanın qədim və dilbər guşəsi olan, ölkəmizə görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər, elm adamları bəxş etmiş bir torpaqda – Naxçıvanda doğulub boya-başa çatması hər bir naxçıvanlı üçün iftixar və qürur mənbəyidir. Tanınmış oftalmoloq ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərində fəallıq göstərib. Bu böyük praktik iş görkəmli alimin bir sıra elmi əsərlərinin əsasını yaradıb. Sonralar akademik dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasında görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunan “Oftalmologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfransda danışılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin birgə keçirdiyi tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Samrat Gəncəyeva görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı Zərifə Əliyevanın son dərəcə zəngin, mənalı həyat və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb.
Bildirilib ki, oftalmologiya sahəsində Zərifə xanım Əliyeva “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. O, peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.
Konfransda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsinin bölmə müdiri Samiq Sadıqovun “Naxçıvan şəhərində şəkərli diabet xəstələri arasında diabetik retinopatiyanın yayılması”, Göz xəstəlikləri şöbəsinin həkim-oftalmoloqu Kəmalə Əliyevanın “Astiqmatizmin korreksiyasına müasir baxış” mövzularında məruzələri dinlənilib.
Çıxışlar videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info