Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iclası keçirilib
Tarix: 26.04.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti genişləndirilmiş iclası keçirilib. İclası açıq elan edən kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev gündəliyə çıxarılan məsələləri elan edib.
İclasın gündəliyi təsdiq edildikdən sonra Kollecin “Tədris Metodika” Şurasının sədri Firudin Nəsirov fənn komissiyalarında görülən işlər və fənn proqramlarının vəziyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O, 2016/2017-ci tədris ilinin əvvəlində kollec üzrə 14 fənn birləşmə komissiyasının (FBK) yaradıldığını, həmin komissiyalarının fəal iştirakı ilə kollecin bütün müəllimlərinin təqvim-mövzu planlarının vaxtında tərtib və təsdiq edildiyini bildirib. Qeyd edib ki, kredit sistemi ilə təhsil alan qrup tələbələri üçün sərbəst işlər də vaxtında tərtib edilib və FBK sədrləri tərəfindən təsdiqlənib. F.Nəsirov açıq dərslərin də tərtib və təsdiq edilmiş qrafik üzrə aparıldığını diqqətə çatdırıb. Bildirib ki, indiyə qədər hər bir müəllim metodiki işlər hazırlayıb və şuraya təqdim edib. Daha sonra proqramlar haqqında bənd-bənd məlumat verən natiq çıxışının sonunda qeyd edib ki, indiyə qədər 116 proqramın elektron variantı tədris hissə müdirinə təqdim edilib.
İclasda kollecin Metodiki Kabinetin müdiri Aynurə Mahmudovanın 2016/2017-ci tədris ilində görülən işlərə dair hesabatı da dinlənilib. Bildirilib ki, tədris ilinin iş planı tutulub, müzakirə olunub, təsdiq edildikdən sonra açıq dərslərin hər semestr üçün qrafiki hazırlanıb və onun bir nüsxəsi müəllimlər otağında, digər nüsxəsi Metodiki Kabinetdə asılıb. Tədris ilinin birinci yarımili üçün qrafik üzrə 21 açıq dərsin keçildiyi xatırlanıb. Qeyd olunub ki, hər fənn birliyindən 2-3 müəllim seçilib və fənn birləşmə sədrləri tərəfindən Metodiki Kabinetə təqdim edilib. Tədris ilinin ikinci yarımili üzrə 23 açıq dərsin keçildiyi də diqqətə çatdırılıb. Sonda bildirilib ki, hər bir müəllim öz dərsinə müəyyən qədər müdriklik, dözüm, cəsarət, işgüzarlıq, optimizm, həvəs, peşəsinə sadiqlik, yaradıcılıq, xeyirxahlıq, inam və sebgi qataraq onu tələbələrə çatdırarsa, dərs günü tələblərə uyğun şəkildə keçilmiş olacaq.
Yığıncaqda Tədris-istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov tədris təcrübələrinin yekunları, istehsalat və diplomqabağı təcrübələrin təşkilinin vəziyyəti haqqında məlumat verib. Bildirib ki, hazırda kollecin 52 qrupundan ümumilikdə 874 tələbə və 112 müəllim təcrübələrin birbaşa iştirakçısıdır. Təcrübələrin təşkili üçün 25-dən çox istehsalat müəssisəsi ilə ikitərəfli müqavilələrin bağlanmasına nail olunub. Qeyd olunub ki, artıq 16 fevral tarixindən təcrübələr davam edir. İlk olaraq martın 8-də “İnformasiya texnologiyası sistemləri” ixtisası üzrə 2 qrupdan 42 tələbə tədris təcrübəsini başa vurub texnoloji təcrübəyə keçiblər. Martın 15-də 29 qrupdan ümumilikdə 500 tələbə tədris təcrübəsini sona çatdırıb və istehsalat təcrübəsində iştirak edirlər. Ş.Mikayılov deyib ki, aprelin 5-də “İnformatika müəllimliyi” və “Texnologiya müəllimliyi” ixtisasları, eləcə də aprelin 19-da “İnformasiya texnologiyası sistemləri” ixtisası üzrə 3 qrup tələbələri diplomqabağı təcrübədə iştirak ediblər. Bundan başqa, aprelin 27-də 2 qrup tələbələri, mayın 3-də “Zərgərlik məmulatlarının və bəzək əşyalarının hazırlanması”, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi” ixtisasları üzrə 3 qrup tələbələri, mayın 11-də isə digər ixtisaslar üzrə bütün qrup tələbələri diplomqabağı təcrübədə iştirak edəcəklər. Natiqin sözlərinə görə, təcrübələrdə iştirak edən tələbələrin yekun ballarının hesablanması meyarlarını və hesabatların müdafiəsini təşkil etmək məqsədilə müvafiq qaydalara uyğun olaraq, ixtisaslar üzrə komissiyalar fəaliyyət göstərir. Bu komissiyaların köməyi nəticəsində məlum olub ki, tədris təcrübəsinə gedən qrup tələbələrinin davamiyyəti 96,5 faiz təşkil edib. Yəni 641 nəfərdən cəmi 23 tələbə nəzərdə tutulmuş qaib limitini xeyli aşıb. Ş.Mikayılov pedaqoji ixtisaslar üzrə 137 nəfər tələbədən cəmi 2 nəfərin qeyri-müvəffəq qiymət aldığını, onların da akademik məzuniyyət üçün müraciət etdiyini də diqqətə çatdırıb. Sonda bildirib ki, tədris qrafikinə uyğun olaraq təcrübələr iyun ayının 7-də tam başa çatacaq.
İclasda tədris hissə müdiri Təranə Məmmədovanın, tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidovun, tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyevin hesabatları da dinlənilib.
Yığıncağın sonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Varis Allahverdiyev çıxış edərək öz fikir və iradlarını bildirib, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün kollektivə uğurlar arzulayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info