Qaliblər mükafatlandırılıb
Tarix: 26.04.2017 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini şagirdlər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Şəmkir Olimpiya İdman Kompleksində basketbol, Biləsuvar Olimpiya İdman Kompleksində boks, Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis, Hövsan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma güləşi idman növləri üzrə zona yarışları keçirilib.
Altı yüz nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda basketbol idman növü üzrə I yerə Gəncə, II yerə Göygöl, III yerə Mingəçevir, boks idman növü üzrə I yerə Biləsuvar, II yerə Lənkəran, III yerə Cəlilabad, stolüstü tennis idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Xaçmaz, sərbəst güləş idman növü üzrə I yerə Bakının Qaradağ, II yerə Xəzər, III yerə Sabunçu, Yunan-Roma güləşi idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər rayon və şəhərlərinin komandaları layiq görülüblər.
Qaliblər diplom və medallarla təltif ediliblər.
Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə təşkil olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info