Şəhid olmuş azərbaycanlıların adları əbədiləşdirilib
Tarix: 26.04.2017 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


2015-ci ildə Çanaqqala zəfərinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi dövlət mərasimində iştirak edən Prezident İlham Əliyevin Çanaqqaladakı Şəhidlik Kompleksində azərbaycanlı şəhidlərin adlarının ədəbiləşdirilməsi ilə bağlı tapşırığı yerinə yetirilib. Dövlətimizin başçısı Çanaqqala savaşı zamanı Osmanlı dövləti tərəfindən döyüşərək şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək istiqamətində səfirlik tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq vermişdi.
АZƏRTAC xəbər verir ki, ötən dövrdə Çanaqqala döyüşlərində şəhid olmuş döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çanaqqala Şəhidliyi Kompleksində mövcud olan simvolik məzarlıqdakı məzar daşlarına şəhidlərimizin adının və xatirə lövhələrinə şəhidlərimizin təmsili olaraq ölkəmizin adının yazılması istiqamətində Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. Rəsmi səviyyədə aparılan danışıqların nəticəsi olaraq Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin informasiya sistemində azərbaycanlı şəhidlərlə bağlı məlumat bazası yaradılıb və Çanaqqala Şəhidliyi Kompleksində xatirə lövhələrinə, simvolik məzar daşlarına şəhidlərimizin adları yazılıb.
İlkin məlumat bazasında müəyyən olunan azərbaycanlı şəhid Zeynəl Abidin oğlu Məşhət Əlinin adı Çanaqqala Şəhidliyi Kompleksindəki simvolik məzar daşlarından birinə yazılıb və eyni zamanda, kompleksin protokol yolunda mövcud olan xatirə lövhələrinə ölkəmizin paytaxtı və adı – “Bakü, Azerbaycan” olaraq həkk olunub. Görülən işlərin davamı olaraq gələcəkdə tarixçilər tərəfindən Çanaqqala savaşında şəhid olan soydaşlarımızla bağlı arxivlərdə hər hansı bir sənəd aşkar olunduğu təqdirdə Baş İdarəyə məlumat veriləcək və əldə olunan məlumatlar idarənin Azərbaycanla bağlı məlumat bazasına daxil olunaraq adları xatirə lövhələrinə əlavə ediləcək.
Həyata keçirilən tədbirlər sayəsində istər 2017-ci il martın 18-də Çanaqqala Dənizi Zəfərinin və aprelin 24-25-də Çanaqqala quru döyüşlərinin 102-ci ildönümü münasibətilə təşkil olunan tədbirlərə hazırlıq məqsədilə, Çanaqqala Şəhidliyi Kompleksi ərazisində həyata keçirilən yenidənqurma işləri çərçivəsində azərbaycanlı şəhidlərin də adlarının qeyd olunduğu xatirə lövhələrində bəzi yeniləmə işləri həyata keçirilib və əlavələr olunub.
Bununla yanaşı, 18 mart və 24 aprel tarixlərində dövlət səviyyəsində təşkil olunan və Türkiyə Prezidentinin iştirakı ilə keçirilən Çanaqqala Dənizi Zəfərinin və Quru döyüşlərinin ildönümü tədbirlərinə Çanaqqala savaşında iştirak edən ölkələrin səfirlikləri ilə yanaşı, bu il ilk dəfə olaraq Azərbaycan səfirliyi də Osmanlı dövləti tərəfindən döyüşdə iştirak edən azərbaycanlı şəhidləri təmsil edən tərəf kimi təşkil olunan tədbirlərə rəsmi dəvət olunub.
Aprelin 24 və 25-də Çanaqqala Quru Döyüşlərinin 102-ci ildönümü münasibətilə təşkil olunan anım tədbirində Azərbaycan Respublikası adından Şəhidlər Abidəsinə çələng qoyulub və səfir Faiq Bağırovun dəvəti ilə tədbirdə iştirak edən Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı və çox sayda insan azərbaycanlı şəhidlərin məzarlarını ziyarət edərək onların üzərinə gül dəstələri qoyublar. Eyni zamanda, Çanaqqala Şəhidliyi Kompleksində səfirlik tərəfindən azərbaycanlı şəhidlərin xatirəsinə ucaldılmış xatirə lövhəsi də ziyarət olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info