Hindistan səfiri BANM-də
Tarix: 26.04.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana BANM-də professor-müəllim heyəti, tələbələr və əməkdaşlar üçün “Dr. B.R. Ambedkar: Hindistan konstitusiyasının banisi və onun ölkənin yoxsul təbəqəsi və qadınların azadlığına istiqamətlənən vətəndaş hüquqlarında rolu” adında təqdimat keçirib.
Dəyərli qonağı salamlayan BANM-in rektoru Elmar Qasımov səfir və onun diplomatik karyerası haqqında tədbir iştirakçılarına qısa məlumat verib və təqdimatın dünyanın ən böyük və gözəl ölkələrindən biri olan Hindistanın özünəməxsus mədəniyyətini və zəngin tarixini öyrənməkdə tələbələrə kömək edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə çıxış edən səfir Dr. Bim Rao Ambedkar və onun peşəkar və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. 2017-ci ilin aprel ayında 126-cı ildönümü qeyd olunan Dr. Bim Rao Ambedkar Hindistanın hüquqşünası, siyasətçisi və sosial islahatçısı olub. O yoxsul ailədə anadan olub, müstəqil Hindistanın ilk ədliyyə naziri və Hindistan konstitusiyasının banisi olub. Dr. Ambedkar Hindistanın müasir tarixinin ən görkəmli şəxslərindən biri olmaqla sosial və gender ayrı-seçkiliyi ilə mübarizəsi və Hindistanın demokratik ölkə kimi inkişafında töhfəsi ilə yadda qalıb. Təqdimatdan sonra səfir iştirakçıların suallarını cavablandırıb.
Səfir Sancay Rana Azərbaycan və Hindistan arasındakı yaxın dostluq münasibətləri haqqında məlumatları bölüşüb. O qeyd edib ki, iki ölkə arasındakı sıx münasibətlər qarşılıqlı və səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcək. Səfirin sözlərinə görə, Hindistanın Texniki İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində Hindistan hökuməti dövlət işçiləri və peşəkarlar üçün Hindistanın aparıcı universitetlərində tam maliyyələşdirilmiş təlim kurslarını təqdim edir. Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.
Səfir BANM-ə təkrarən dəvət olduğuna görə ali məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info