Çavuşoğlu: “Türkiyə Avropa Şurası ilə münasibətlərinə yenidən baxacaq”
Tarix: 26.04.2017 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin yenidən siyasi nəzarətə götürülməsi barədə qərarının siyasi xarakterli və əhəmiyyətsiz olduğunu bəyan edib.
APA-nın Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu deyib ki, bu yolla Türkiyəyə cəza verməyə çalışırlarsa, bu, əks effekt verər.
M. Çavuşoğlu Türkiyənin bu günə qədər Avropa Şurası yaxından əməkdaşlıq etdiyini, islahatlar dövründə Avropa Şurasının tövsiyələrini nəzərə aldıqlarını qeyd edib: “Avropa Şurası ilə Türkiyə arasında İşçi Qrupu var, baş katiblə əməkdaşlıq edirik. Avropa Şurası Parlament Assambleyasının bu qərarını qəbul etmirik, bundan sonrakı əməkdaşlığımızı zəiflədən qərardır. Avropa Şurası ilə bəzi məsələlərdə münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər, arzuladığımız bir şey deyil. Təəssüf ki, Avropa ölkələrindəki irqçilik, islamafobiya Avropa qurumlarına da sirayət etdi”.
M. Çavuşoğlu Türkiyə Hərbi Hava Qüvvələrinin bir neçə gün əvvəl İraq və Suriyanın şimalında PKK terror təşkilatı və PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin bazalarına hava zərbəsi endirməsinə də toxunub: "Amerikalı dostlarımıza həm diplomatik, həm də hərbi kanallarla dəfələrlə bu yerlərdə əməliyyat keçirəcəyimizi bildirdik. Türkiyə bu məsələdə şəffaf fəaliyyət göstərir, gizli niyyətimiz yoxdur. Türkiyə İraq və Suriyanın ərazi bütövlüyünə hər kəsdən daha çox önəm verir. Bu yerlərdə terror təşkilatına müdaxilələr də bizim qanuni haqqımızdır, bu yerlərdən Türkiyəyə təhdid gəlir. Terrorçular Türkiyəyə müxtəlif yollara gəlir, tunellər qazırlar. Qazdıqları tunellərdən həm terrorçular keçir, hm də tonlarla partlayıcı maddə gətirirlər. Sərhədin o biri tərəfindən bizə terror təhdidi varsa, bizim nə etməyimiz lazımdır? Başqa bir ölkə bu halda nə edər? Mütləq o təhdidi aradan qaldırmaq üçün lazımi tədbirlər görər. Dostlarımızdan da gözləntilərimiz bu mübarizədə Türkiyəyə dəstək vermələridir, maneə yaratmalı deyillər. Orada YPG-nin manipulyasından təsirlənərək kimsə Türkiyənin bu əməliyyatının qeyri-qanuni olduğunu söyləməsin. Türkiyənin Suriyada apardığı son əməliyyat qanunidir, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkət etmişik. Bundan sonra da bu haqqımızdan istifadə edəcəyik”.
Qeyd edək ki, iki gün əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında YPG, İraqın şimalında Sincar bölgəsində PKK-nın bazalarını bombalayıb. ABŞ komandirləri növbəti gün YPG terrorçuları ilə birgə bombalanan hərbi bazaya baş çəkib, bu fotoqraflar mediada yayımlanıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info