“AŞPA-nın qərarı Türkiyənin daha sərt cavab verməsinə səbəb ola bilər”
Tarix: 26.04.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı rəsmi Ankaraya siyasi baxımdan nəzarət etmək cəhdi olaraq sərt və Avropa Şurasının üzv ölkəsinə qarşı qəbuledilməz bir qərardır.
Bunu Trend-ə Türkiyənin “Strategic Outlook” Analitika Mərkəzinin rəhbəri Yusuf Çinar bildirib.
Avropanın Türkiyəyə qarşı kənarlaşdırma siyasəti apardığını deyən ekspert vurğulayıb ki, Avropa İttifaqı öz üzv ölkələrinin etdiyi səhvləri görmür:
“Fransa ölkədə fövqəladə hal elan etdikdə "demokratik ölkə", Türkiyə eyni addımı atdıqda isə "insan hüquqlarını pozan ölkə" adlanır”.
Y.Çınar qeyd edib ki, AŞ PA-nın bu qərarı Türkiyənin Avropaya daha sərt cavab verməsinə səbəb ola bilər:
“Əvvəl tərəflərin münasibətləri dalğalı şəkildə davam edirdisə, AŞ PA-nın sözügedən qərarından sonra Avropa-Türkiyə əlaqələri tamamilə kəsilə bilər”.
Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
ABŞ-da Türk evi inşa olunur
21.09.2019
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verilib
20.09.2019
ABŞ Rusiyanın hipersəs sürətli silahları qarşısında gücsüzdür
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info