Elman Nəsirov: “Türkiyə ilə bağlı qərar sübut etdi ki, AŞPA islamofob qüvvələrin təzyiq alətinə çevrilib”
Tarix: 26.04.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Türkiyə ilə bağlı qərəzli qərar məqsədyönlü və planlı şəkildə qəbul edilib. Məqsəd Türkiyəyə qarşı belə təzyiqləri həyata keçirməklə əslində özlərinin islamofob mahiyyətlərini ortaya qoymaq, müsəlman ölkələri ilə münasibətdə selektiv yanaşma nümayiş etdirərək bu ölkələrə dərs verməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.
Elman Nəsirov qeyd edib ki, Türkiyə Avropa Şurasını yaradan dövlətlərdən biridir. 1949-cu ilin mayında bu təşkilatın qurucularından biri məhz Türkiyə olub. Bu qurumun əsas fəaliyyəti Avropada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bir missiyanı daşımaqdan ibarətdir. Həmin missiyanı müəyyən edən dövlətlərdən biri də Türkiyə olub, amma indi görün nə qədər gülüncdür ki, Türkiyəyə demokratiya dərsi vermək istəyirlər.
Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərar onu göstərir ki, Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində çox ciddi boşluqlar yaranıb. Əslində AŞPA-nın antitürkiyə qərarı təkcə Türkiyənin hədəfə alınması demək deyil. Bu, eyni zamanda, Avropa Şurasının öz imicinin, nüfuzunun hədəfə alınması deməkdir. Bu, qurum daxilində islamofob, ksenofob qüvvələrin sağlam düşüncə qüvvələrini üstələməsinin göstəricisidir. Yəni, bununla da AŞPA öz gələcəyini sual altına qoymuş oldu. Bu təşkilatın fəaliyyətində qanunların aliliyi prinsipi əsas prinsiplərdən biridir, amma təəssüf ki, o, öz fəaliyyəti ilə qanunların aliliyinə nə qədər biganə qaldığını və bir çox hallarda onu pozduğunu özü nümayiş etdirdi.
AŞPA tərkibində belə monitorinq prosedurlarının əsası 1993-cü ildə qoyulub. 1997-ci ildə isə belə monitorinqlərin aparılması ilə bağlı komissiya yaradılıb və monitorinq komitəsi adı altında sonradan fəaliyyət göstərməyə başlayıb. Türkiyəyə münasibətdə də 2004-cü ilə qədər bu monitorinq prosesləri həyata keçirilib. 13 il bundan öncə, yəni, 2004-cü ildən başlayaraq artıq Türkiyə postmonitorinq dövrünə keçib. İndiki halda yenidən Türkiyəyə qarşı bu ölkədə guya insan hüquqlarının pozulması, jurnalistlərin sıxışdırılması kimi cəfəng ittihamlar irəli sürmək bir məqsədə xidmət edir. Bu da ondan ibarətdir ki, həmin islamofob qüvvələr heç bir halda regionda Türkiyə kimi inkişaf etmiş, konkret hədəfləri olan bir müsəlman ölkəsini görmək istəmirlər. Bu, hər kəsə gün kimi aydındır.
Milli Məclisin deputatı deyib: “Eyni zamanda, çox qəribə bir prosesin də şahidi olduq. Bu məsələ həm də onu göstərir ki, AŞPA-nın özünün gələcəyi bu gündən böyük sual altına düşüb. Biz iki gün əvvəl AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı həmin demokratiyadan uzaq, hüququn əleyhinə olan qüvvələrin davranışını gördük. Onlar ciddi-cəhdlə çalışdılar ki, AŞPA sədrinin fəaliyyətini dayandırsınlar. Bu da onu göstərdi ki, bu gün AŞPA-nın öz daxilində islahatlara ehtiyac var, əks halda, doğrudan da bu qurum ayrı-ayrı siyasi qüvvələrin digərlərinə təzyiq göstərməsi üçün bir alətə çevrilə bilər. Azərbaycan ictimaiyyəti də bu hadisələrdən çox narahat oldu. Əslində bu, bizim üçün yeni hadisə deyil. Azərbaycan da dəfələrlə AŞPA-nın qərəzli, ikili standartlardan çıxış edən davranışının şahidi olub. Xüsusilə də ölkəmiz çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən dəfələrlə AŞPA-nın belə qərəzli yanaşmaları ilə üzləşib”.
E.Nəsirov bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, AŞPA-nın belə qərəzli qərarı nəticə etibarilə Türkiyənin bu təşkilatla münasibətlərinə yenidən baxılmasına gətirib çıxara bilər. Bu hadisədən çıxan ən mühüm nəticə ondan ibarət oldu ki, bu gün hüquqdan, qanunun aliliyindən, aşkarlıqdan, demokratiyadan, plüralizmdən bəhs edən qüvvələr demokratiya pərdəsi altında qanunun aliliyini ayaqlar altına alıb tapdalayırlar. Bu isə təbii olaraq beynəlxalq ictimaiyyətdə ciddi narahatlıqlar doğurur ki, doğrudanmı insan hüquqlarının keşiyində dayanan bir təşkilat öz fəaliyyəti ilə insan hüquqlarının pozulmasına şərait yaradan və bu məsələlərdə birbaşa qərəzli mövqe ilə çıxış edən bir quruma çevrilməkdədir? Çox təəssüf ki, yarandığı vaxtdan bəri demokratiyanın, insan haqlarının keşiyində dayanacağını, qanunun aliliyini əsas istiqaməti kimi seçdiyini bəyan edən bir qurum bu gün müəyyən siyasi dairələrin əlində ayrı-ayrı dövlətlərə qarşı təzyiq alətinə çevrilib. Çox acınacaqlı bir haldır ki, AŞPA kimi bir qurum alətə çevrilib. Bu, onu göstərir ki, bu təşkilatın gələcəyi heç də ümidverici deyil.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info