“Avropa islamofobiyanın əsirinə çevrilir”
Tarix: 26.04.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Xaçmazdakı Heydər Əliyev adına İdeoloji Mərkəzin rəhbəri Cavad Mehmanovun fikrincə, Türkiyəyə qarşı ayrı-seçkilik son illər Avropada baş qaldıran islamofobiyadan qaynaqlanır
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı məni təəccübləndirmədi. Bu, gözlənilən idi. Çünki AŞPA uzun illərdir qardaş Türkiyəni “qaralayaraq”, onun Avropaya yolunu kəsməklə məşğuldur. Türkiyə 54 il əvvəl Avropa İttifaqına üzvlük üçün müraciət edib. Amma hələ də onu yaxına buraxmırlar. Halbuki Avropa İttifaqında elə dövlətlər var ki, həm inkişaf səviyyəsinə, həm də insan haqları və başqa demokratik amillərə görə, Türkiyədən çox-çox geridədir. Fikrimcə, Türkiyəyə qarşı ayrı-seçkiliyin əsas səbəbi son illər Avropada baş qaldıran islamofobiyadır. AŞPA-nın bu ədalətsiz qərarı təşkilatda islamofob meyillərin hakim mövqeyə çıxdığını bir daha göstərir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində tarixçi, Xaçmazdakı Heydər Əliyev adına İdeoloji Mərkəzin rəhbəri Cavad Mehmanov söyləyib.
Müsahibimiz bildirib ki, Avropa siyasi dairələrinin qərəzli addımı Türkiyəyə təzyiq məqsədi daşıyır. Əslində Avropa İttifaqının özünün gələcək taleyi sual altındadır. Böyük Britaniya Avropa İttifaqının perspektivsiz bir qurum olduğunu anlayaraq təşkilatdan çıxmaq qərarına gəldi. İndi Fransada da bu məsələ ciddi müzakirə olunur. Avropa İttifaqı bir qurum kimi effektivliyini, nüfuzunu itirməkdədir.
“Ümumiyyətlə, bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da ikili standartlar siyasəti özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Bu siyasətin hədəfi olan ölkələrdən biri də Azərbaycandır. Götürək elə Dağlıq Qarabağ ətrafında cərəyan edən prosesləri. AŞPA üzvləri Azərbaycanın haqq səsini eşitmək istəmirlər. Avropa dairələrinin yürütdüyü siyasət təcavüzkar Ermənistana bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdür. Azərbaycan 16 ildir AŞPA-nın üzvüdür, ATƏT 20 ildən çoxdur ki, Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edir. Təəssüf ki, nə bu üzvlük, nə də vasitəçilik bizə zərrə qədər də fayda verməyib”, - deyə o qeyd edib.
Tarixçinin fikrincə, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməlidir: Qərb, yoxsa region ölkələri, İslam dünyası və Şərq? Cavad Mehmanov hesab edir ki, bu sualın aktuallığı getdikcə artır.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq
20.01.2019
Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq
20.01.2019
Şəhidlərimiz təsdiq etdi ki, Azərbaycan təkcə torpaq deyil, həm də Vətəndir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info