Botanika İnstitutu “Elm və təhsil arasında əlaqə” proqramını həyata keçirir
Tarix: 26.04.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


AMEA Botanika İnstitutunda D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri üçün maarifləndirici seminar keçirilib. Seminar Bakı şəhəri 2016-2017–ci tədris ilinin aprel ayında Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə keçirilən tədbirlər planı çərçivəsində təşkil olunub. İnstitutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri b.e.d. Naibə Mehdiyeva şagirdlərəAzərbaycanın endem, nadir və itmə təhlükəsində olan bitkiləri və Azərbaycanın Qırmızı Kitabının I və II nəşrləri haqqında məlumat verib. Bildirib ki, 1989-cu ildə işıq üzü görən I nəşrdə 140 növ ancaq ali bitkilər daxil edilmiş, II nəşrdə isə daxil edilən 300 növdən 266-sı ali bitkilərə, 20-si ibtidai bitkilərə (6 yosun, 13 şibyə, 1 mamır), 14-ü göbələk növlərinə aiddir. Seminarda laboratoriyanın elmi işçisi Nigar Mürsəl qızı Qırmızı Kitabdan istifadə qaydalarını və struktutunu izah edərək, kitaba daxil olmuş bitkilərin IUCN-ə (Təbiət Mühafizəsinin Beynəlxalq Birliyi) əsasən hansı kateqoriyaya, milli və regional statusa aid olması, yayılması, qısa təsviri, bioloji, ekoloji, fitosenoloji və faydalı xüsusiyyətləri, sayı, tendensiyası, məhdudlaşdırıcı amillər və mühafizə tədbirləri haqqında məlumat verib. Şagirdlərin araşdırdığı “Xarı bülbül”, “Xəzər zəfəranı”, “Hirkan ənciri”, Hirkan armudu” və s. bitkilər  haqqında müzakirə aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. Doktorant Şəhla Mirzəyeva şagirdləri Herbari Fondu ilə tanış edib, Fondun tarixi, Fondda saxlanılan dəyərli tip nümunələri, onların hazırlanması və saxlanılma şəraiti haqqında əyani vasitələrdən istifadə etməklə məlumat verib. Doktorant Xanım Həsənova şagirdləri  Botanika muzeyində nümayiş olunan Hirkan meşələrinin on klassik relikt ağac növü haqqında məlumatı əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və Azərbaycanın landşaftı, florası, faunası haqqında məlumatları əks etdirın interaktiv xəritə ilə tanış edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info