“Taliban” ilə İŞİD arasında toqquşmalarda 91 yaraqlı ölüb
Tarix: 26.04.2017 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Əfqanıstanın şimalında “Taliban” hərəkatı ilə İŞİD qruplaşması arasında baş verən toqquşmalarda azı 91 yaraqlı ölüb.
AZƏRTAC xəbər verir ki, Khaama Press agentliyinin yaydığı məlumata görə, silahlı toqquşmalar aprelin 25-də Cauzcan əyalətində başlayıb və hazırda da davam edir. Ölənlər arasında “Taliban” hərəkatının 76, İŞİD qruplaşmasının isə 15 yaraqlısı var.
2014-cü ildə Amerika hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkədə gərginlik artmağa başlayıb və cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Bir müddətdir ki, yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.
Bu yaxınlarda ABŞ “bütün bombaların anası” adlandıran super bombadan ilk dəfə olaraq Əfqanıstanda döyüş şəraitində istifadə edib. Buna cavab olaraq yaraqlıların Məzari-Şərif şəhəri yaxınlığındakı hərbi bazaya hücumu nəticəsində 150-dən çox əfqan hərbçisi həlak olub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info