“Azərbaycan bazarı bizim üçün yenidir”
Tarix: 26.04.2017 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Bizim şirkət dünya brendləri arasında örtüklərin ən geniş çeşidinə malikdir. Azərbaycan bazarı bizim üçün yenidir. Biz Bakıda keçirilən “Road&Traffiс” sərgisində debüt edirik və öz biznesinizi birgə inkişaf etdirmək üçün burada tərəfdaş və distributorlar tapmağa ümid bəsləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "TransCaspian/Translogistica" 2017 sərgisində öz stendi ilə təmsil olunan “Basler Lacke” şirkətinin MDB ölkələrində biznesinin inkişafı üzrə məsul şəxsi Raymondas Petrenas söyləyib.
R.Petrenas deyib: “Bu yaxşı başlanğıcdır və Azərbaycanda şirkətimiz üçün yeni imkanlar yaranacağını göstərir. Biz ümid edirik ki, məhsullarımız mövcud infrastruktura yaxşı inteqrasiya olunacaq. Biz brendimizi səciyyələndirən sabitlik və keyfiyyətə zəmanət veririk”.
“Basler Lacke” şirkəti bütün dünyada yol, avtomobil dayanacağı, velosiped yolları və digər yollar üçün İsveçrədə istehsal olunan boya və örtüklərin istehsalı sahəsində liderdir. Biz yol hərəkətinin həm təhlükəsizliyinə, həm də yaxşılaşdırılmasına çalışırıq. Şirkətin təxminən 90 illik fəaliyyət təcrübəsi məhsullarımızın Avropa ölkələrində özünü doğrultduğunu sübut edir”, - deyə Petrenas bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info